Cəmiyyət

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsinin tarixi açıqlanıb

8 Avqust 2023 13:11
Baxış: 620
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi avqustun 13-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

"İmtahana buraxılış vərəqəsi"ni çap etmək etmək üçün keçidlə linkdə tanış ola bilərsiniz: https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=32

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədi ilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.