Cəmiyyət

İcra başçısından açıqlama: "Yazırlar ki, qardaşım "Kalaşnikov"la özünü güllələyib"

27 İyul 2023 13:32
Baxış: 2 256
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən axşam saatlarında Kürdəmir rayonunun Pirəköcə kəndində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı, 48 yaşlı Azər Qaraşovun odlu silahdan atəş açaraq intihar etməsi ilə bağlı məlumat yayılmışdı.

Milli.Az bildirir ki, manset.az məsələ ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla əlaqə saxlayıb. O, açıqlamasında intihar xəbərini təkzib edib:

"Qardaşımın heç bir problemi yox idi. Bu hadisə sırf ehtiyatsızlıq səbəbindən baş verib. Onun nə problemi ola bilərdi? Kürdəmirdə evdə silah təmizləyəndə ehtiyatsızlıqdan atəş açılıb. Yazırlar ki, kalaşnikovla özünü güllələyib, belə şey yoxdur. Əlində ov tüfəngi olub, məsələ araşdırılır".

Qeyd edək ki, A.Qaraşov Kürdəmirdə müxtəlif vəzifələrdə, son olaraq isə Kürdəmir Rayon Mədəniyyət İdarəsində çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.