Cəmiyyət

"Eksperimental jurnalistlər bir növ həkim kimidir"

23 İyul 2023 13:08
Baxış: 757
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda keçirilən Şuşa Qlobal Media Forumu çərçivəsində "Jurnalistlərin təhlükəsizliyi" adlı son panel iclası keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu sessiya üzrə iştirakçılar böhran vəziyyətlərinin kommunikasiya mexanizmlərinin təkmilləşdirilməsi, münaqişə zonalarınsa jurnalistlərin qarşıladığı təhlükə və çağırışlar barəsində müzakirə aparılıb.

Panel iclasında çıxışı zamanı Koreya Siyasi Elm Assosasiyası vitse prezidenti prof. Gi Woong Jung qeyd edib ki, artan zorakılığın hədəfi jurnalistlərdir.

" Jurnalistlər təhlüksizliyi fərdi şəkildə həll olunmayacaq məsələdir. Jurnalistlərin müdafiəsi bir ölkəyə aid yox, ümumi məsələdir. Jurnalistlərə qarşı müəyyən bir önyarğı var. Qanunla antimedia ritorikasının qarşısı alınmalıdır",- deyə o əlavə edib

Rumıniyanın Milli İnformasiya Agentliyi "AGEPRES" baş direktoru Claudia-Victoria Nicolae qeyd edib ki, qadın jurnalistlərə qarşı əvvəlkj dövrdən qalan xoşagəlməz hadisələr olurdu.

"Eksperimental jurnalistlər bir növ həkim kimidir. Əgər öz işlərini görən zaman emosional davranarsa, ortaya qoyduğu iş obyektiv olmayacaq",- deyə o vurğulayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.