Cəmiyyət

Bu dəfə tamaşaçıları ilə əbədi sağollaşdı... - VİDEO

22 İyul 2023 13:10
Baxış: 1 649
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hər dəfə tamaşaçıları ilə növbəti görüş üçün sağollaşırdı, amma bu dəfəki sağolu fərqli oldu. Xəbər adamının özü xəbər oldu.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hər dəfə fərqli xəbərlərlə ekranlarınızda görünən həmkarımız Natəvan Babayeva uzun sürən onkoloji xəstəlik nəticəsində həyatını itirdi.

"46 yaşında tək balasına, ailəsinə, onu sevənlərə, tamaşaçılarına əbədi əliva dedi".

Ömrünün ən gözəl çağında həyatla vidalaşan həmkarımız ata-anasının uyuduğu, Salyan rayonunun Parçaxələc kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, Natəvan Babayeva uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirdi.  O, bir neçə gün əvvəl müalicə məqsədilə Türkiyəyə getsə də, iyulun 19-u Bakıya qayıdıb.

Xatırladaq ki, Natəvan Babayeva AZTV-dən öncə uzun illər ANS televiziyasının aparıcısı olub. Allah rəhmət etsin...

Daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.