Cəmiyyət

Generalın yerinə Babək Ələkbərov təyin olundu

21 İyul 2023 11:57
Baxış: 3 504
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Babək Ələkbərov yüksək vəzifəyə təyin edilib.

Milli.Az bildirir ki, Trend-in əldə etdiyi məlumata görə, 34 yaşlı polkovnik Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı təyin olunub.

O, bu vəzifədə DSX rəisi general-polkovnik Elçin Quliyevin şəxsi heyətlə iş üzrə rəis müavini təyin edilmiş general-leytenant Rəsul Tağıyevi əvəzləyib.

Qeyd edək ki, B.Ələkbərov Vətən müharibəsində şücaət göstərən hərbçilərdən biri olub. O, Zəngilan rayonu və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandan İlham Əliyevə məruzə edib. Müharibədən sonra Prezidentin sərəncamı ilə Babək Ələkbərova Vətən Müharibəsi Qəhrəmanı adı verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.