Cəmiyyət

Gedişhaqqını belə ödəyə biləcəksiniz - GÖRÜNTÜLÜ İZAH - VİDEO

21 İyun 2023 10:42
Baxış: 2 737
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avtobuslarda nağdsız ödəniş üçün yeni mobil tətbiq təqdim edilib.

Milli.Az xəbər verir ki, Yerüstü Nəqliyyat Agentliyinin hazırladığı mobil tətbiq vasitəsilə istifadəçilər asanlıqla səfərlərini planlaşdıra, "BakıKart"ın balansını artıra və gedişhaqqını ödəyə bilərləcəklər.

Hazırda beta versiyasında olan tətbiq 1 iyul tarixindən tam şəkildə istifadəyə veriləcək.

Agentliyin İdarə heyətinin sədri Anar Rzayevin sözlərinə görə, tətbiq vasitəsilə istifadəçilər marşrutları asanlıqla axtara, təyinat yerinə getmək üçün ən yaxın dayanacaqları tapa və avtobusları real vaxt rejimində izləyə biləcəklər.

Yeni avtobus zolaqlarının yaradılması ilə bağlı Anar Rzayev bildirdi ki, hazırda bununla bağlı layihə hazırlanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.