Cəmiyyət

Goranboyda arpa və buğda sahələri susuzluqdan yanır - VİDEO

26 Aprel 2023 20:00
Baxış: 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Goranboy rayonunun Kələk kəndində hekatarlarla arpa və buğda sahələri susuzluqdan yanır.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, kənd sakinləri bildirib ki, arpa, buğda təxminən 1 aydan sonra  biçinə hazır olmalıdır, ancaq onların əkinləri  sonuncu dəfə noyabr- dekabr aylarında suvarıldığı üçün yetişmə gecikir. Bu səbəbdən də həmin torpaq sahələrində məhsuldarlıq xeyli aşağı olacaq.

Kələk kəndində artezian quyuları normal işləmədiyindən kəndlilər Şəmkir maşın kanalından yararlanmağa cəhd ediblər, lakin oradan da sakinlərə su verilməyib. Beləcə, sahələr yanaraq məhv olub.

Goranboy rayon Suvarma Sistemləri İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən kənd ərazisində fəaliyyəti dayanan subartezian quyusu 2023-cü ilin bərpa proqramına salınıb. Kələk kəndinə Şəmkir maşın kanalından su verilməsi məsələsinə gəldikdə isə, Şəmkirçay su anbarı və magistral kanalların istismarı idarəsindən bildirildi ki, aprelin 28-də kanala su vurulacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.