Cəmiyyət

Yaxın vaxtlarda Məşədi Dadaş məscidinə din xadimi təyinatı olacaq

14 Aprel 2023 13:24
Baxış: 950
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın vaxtlarda Məşədi Dadaş məscidinə din xadimi təyinatı olacaq.

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

"Təyinat üçün adətən vəfat edən şəxsin 40 məclisinin olmağı gözlənilir. Artıq 40 mərasimi olub. Məsələ yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda məscidə din xadimi təyinatı olacaq" - deyə o qeyd edib.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi, "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri Hacı Şahin Həsənli martın 2-də ürəktutmasından vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.