Cəmiyyət

"Bu, vəhşiliyin son həddidir" - Aqşinin atası

14 Aprel 2023 07:21
Baxış: 1 520
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bu, vəhşiliyin son həddidir. Beynəlxalq təşkilatlara müraciətimiz odur ki, yaxın zamanda əsirlərimiz geri qaytarılsın".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri "BakuTV"yə Ermənistanda əsir götürülən əsgər Aqşin Bəbirovun atası Qabil Bəbirov deyib.

O, sosial şəbəkələrdə yayımlanan Hüseyn Axundovun ermənilər tərəfindən vəhşicəsinə döyülməsi ilə bağlı görüntülərə baxdıqda özünü çox pis hiss etdiyini bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun iki hərbçisi - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Əsir götürülən hərbçilərimizə qarşı işgəncə verilməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.