Cəmiyyət

Azərbaycanda orqan gözləyən xəstələrin sayı açıqlandı - VİDEO

7 Aprel 2023 05:44
Baxış: 1 000
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda orqanlar üzrə donor gözləyən 500-ə yaxın xəstə var.

Milli.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova "Xəzər Xəbər"ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, orqan gözləyənlərin çoxu böyrək xəstələridir.

Yeganə Abbasova əlavə edib ki, orqan gözləyən xəstələrin sayı günü-gündən artır, donor tapmaq isə çətinləşir.

Qeyd edək ki, yeni qanuna əsasən, artıq meyitdən orqan və ya toxuma götürmək mümkündür. Lakin bu orqanlar sadəcə Bakıda və regionlarda süni tənəffüs aparatı olan reanimasiyalarda beyin ölümü diaqnozu qoyulmuş xəstələrdən götürülə bilər.

Əgər orqan bağışlamaq istəyən vətandaş əvvəlcədən bunun üçün Mərkəzə müraciət etməyibsə, o zaman beyin ölümü gerçəkləşdiyi zaman donor olması üçün valideynlərindən razılıq almaq lazımdır.

Orqan bağışlamaq istəyən vətəndaşlar üçün vahid informasiya bazası fəaliyyət göstərəcək. Portal fəaliyyətə başladıqdan sonra orqan bağışlamaq istəyən şəxslər elektron donor kartı ala biləcəklər.

Bu ildən isə bütün transplantasiya əməliyyatları İcbari Tibbi Sığortanın tibbi xidmətlər zərfi ilə ödəniləcək. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.