31 Mart soyqırımı gerçəkləri və çıxaracağımız dərslər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
1918-ci il martın 31-də Azərbaycanda törədilən soyqırımından 105 il keçir. Sözsüz ki, bu hadisədən zaman baxımından uzaqlaşdıqca ona yenidən nəzər yetirmək və müvafiq ibrət dərsləri almaq ehtiyacı yaranır. 1918-ci ilin mart ayında yaranmış mürəkkəb şəraitdə Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik dəstələri birlikdə azərbaycanlı əhalini kütləvi qırğınlara, soyqırımına məruz qoydular. Şərqi Anadoluda mülki türk, müsəlman əhaliyə qarşı törətdikləri qırğınlar üçün cəzasız qalmayacaqlarından qorxan erməni-daşnak dəstələri rus Qafqaz cəbhəsi dağıldıqdan sonra ordu hissələri ilə birlikdə Cənubi Qafqaza gəldilər. Bu zaman anarxiyanın hökm sürdüyü regionda Müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdilər.
Bu hadisələrin əsas səbəbləri nə idi? Bakıda soyqırımının törədilməsinin başlıca səbəblərindən biri sözsüz ki, Azərbaycanın müstəqilliyinin qarşısının alınması idi. Bu zaman azərbaycanlılar əvvəlcə muxtariyyət, sonda isə müstəqillik uğrunda mübarizə aparırdılar. Soyqırımının törədilməsinin digər bir səbəbi əhalisi əsasən türk və müsəlmanlardan ibarət olan Cənubi Qafqaza, xüsusən Bakıya Osmanlı ordusunun buraxılmaması üçün Bakı və Bakı quberniyasını yerli, aborigen əhalidən təmizləmək idi. Bu zaman Cənubi Qafqazda yaşayan təqribən 6 milyon nəfər əhalinin, demək olar, 3 milyonu türk, müsəlman idi. Azərbaycan əhalisi silahlı düşmən qarşısında əliyalın qalmışdı. Bakıda və onun ətrafında azərbaycanlıların silahlı qüvvəsi demək olar ki, mövcud deyildi. Bunun da başlıca səbəbi çarizmin müsəlman olduqları üçün azərbaycanlıları hərbi xidmətə çağırmaması ilə bağlı idi.
Alacağımız ibrət dərsləri
Bakıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayətdir. Əgər biz 1918-ci ilin martına qədərki buna bənzər hadisələrdən ibrət dərsləri alsaydıq, müstəqil və güclü dövlətimiz olsaydı, 31 mart olmaya bilərdi. Əgər 31 martı bilsəydik, ondan düzgün nəticə çıxarsaydıq və güclü dövlətimiz olsaydı, Xocalıda törədilən soyqırımı da olmazdı. Belə hadisələrin gələcəkdə bir daha təkrarlanmaması üçün millətimiz öz tarixini bilməli, müqəddəs dövlətimiz və uca millətimiz daim güclü olmalıdır. Biz birlikdə və güclü olanda hədəflərimizə çatırıq. Necə ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi atlında qazanılan qələbə bu formulu bir daha təsdiq etdi. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları insanlarımızın kütləvi şəkildə qətlə yetirilməsi, faciə və soyqırımları ilə nəticələnib.
Beləliklə, xarici dövlətlərin siyasi və hərbi dəstəyindən bəhrələnən Ermənistan ötən əsrin əvvəllərində Azərbaycanda miqyas etibarilə daha böyük soyqırımları törədib. İşğalçı ölkə Azərbaycanın torpaqları hesabına sərhədlərini genişləndirməklə, başqa sözlə desək, torpaqlarımızı hissə-hissə mənimsəməklə "böyük Ermənistan" qurmaq arzusuna xalqımıza qarşı apardığı etnik təmizləmə, deportasiya və soyqırımları vasitəsilə nail olmaq istəyirdi.
Şükürlər olsun ki, 100 ildən artıq Azərbaycan xalqına qarşı davam etmiş bu soyqırımı siyasətini Vətən müharibəsindəki tarixi Qələbəmiz dayandırdı. Tarix heç zaman unudulmur və erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Kamran Seyiov
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Hər həftə bir ev alırdıq”
-
"Koroğlu" stansiyasında nə baş verir?
-
Pensiya alanlara şad xəbər - Əlavə pul veriləcək
-
Fransadan sonra İtaliya da qarışdı: Milanda kütləvi iğtişaşlar
-
Xırdalanda tıxac problemini həll edəcək iki yeni layihə - (Video)
-
Bakıda uşağın burnundan 2 il sonra gilas tumu çıxarıldı - (Video)
-
Nahidə Babaşlı nişanlısı ilə görüntüsünü paylaşdı - (Video)
-
DYP sürücülərə müraciət etdi
-
Bu şəxslərin maaşları artacaq - (Video)
-
Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
-
Orxan Şabanovun ölümünə görə 2 nəfər həbs edildi
-
Ceymi Karrager: "Arda Güləri Vinisius Juniora görə qurban vermək olmaz"
-
Neft yenidən ucuzlaşdı
-
Paytaxtın 15 küçəsində tıxac var
-
Bakının bu ərazisində işıq olmayacaq
-
Cibinizdən ödəməyə tələsməyin – Yoldakı çuxur qəzaya səbəb olarsa, hüquqlarınız hansılardır? - (Video)
-
Göldə çimərkən qızıl külçəsi tapdı: 6 ay sonra sərvət onun oldu
-
Bu həftə üç bürc üçün göydən pul yağacaq
-
D vitaminini hansı qidadan almaq olar?
-
Ət yemək 100 yaşa qədər yaşamaq şansınızı artıra bilər
-
Adambaşına menyu qiymətinə aldanmayın – Şadlıq saraylarında xərc artıran gizli detallar - (Video)
-
Bürclər ilk görüşdə özlərini necə aparır?
-
“Hər həftə bir ev alırdım“ - Mehmet Ali Erbil
-
Zibilə atmadan əvvəl iki dəfə düşünün - üzüm saplağındakı xəzinə





