Cəmiyyət

Günün qoroskopu: Monoton, detallarınadək bəlli iş emosional sabitliyə zəmanət verir.

2 Aprel 2023 00:01
Baxış: 4 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - qeyri-standart həllərdən başı çıxan adamlar sizi dəstəkləyəcəklər. Əcnəbilərlə, yaxud uzaqlardan gələn həmvətənlərlə uğurlu sövdələşmələriniz mümkündür.

Buğa - sizin üçün çox vacib olan bir işə diqqətinizi cəmləyə bilmirsiniz. Xoşbəxtlikdən, təcrübəli insanların məsləhətinə qulaq asır və bu səbəbdən də böyük səhvlərdən can qurtara bilirsiniz.

Əkizlər - bu qədər  də söhbət, danışıq olar? Nədənsə hamının sizinlə söhbət etməyi tutub: ətrafınızdakılar sizə çoxsaylı suallar verir və həmən onları cavablandırmanızı istəyirlər. Siz də sakitcə onlara qulaq asaraq başqalarının problemləri ilə bağlı məsləhətlər verir, amma başa düşürsünüz ki, onsuz da onlara şeç kim əməl etməyəcək.

Xərçəng - xoş, maraqlı və hadisələrlə dolu gündür. Bütün işlərin öhdəsindən tez gəlirsiniz. Yeni  bir probleminiz ortaya çıxmır, odur ki, narahat olmağa da əsas yoxdur. İstedadlarınız, xüsusilə də əvvəllər heç kimin sezmədiyi bacarıqlarınız üzə çıxır. Yeni nə isə öyrənmək istəyirsiniz? Bu gün əsl vaxtıdır.

Şir - günün ikinci yarısı qarşı cinsdən olan insanlarla ünsiyyət üçün əlverişlidir. Siz qədərində təşəbbüskarlıq edirsiniz, kimsənin sizin qırsaqqız olduğunuza, öz fikrinizi yeritməyinizə dair narazılığı olmayacaq.

Qız - görüşlər üçün əla gündür. Çox məlahətli və cazibədarsınız. Hər kəs sizinlə ünsiyyətdən məmnun qalacaq. Yeni tanışlıqları asanlıqla qurursunuz. Əgər şəxsi həyatınızda dəyişiklik istəyirsinizsə, bu günü evdə keçirməyin.  

Tərəzi - günün birinci yarısı bir çox sınaqlardan keçməli olacaqsınız. Bədxahlarınızla mübarizə aparacaq, intriqaları ifşa edəcək və bir çox dolaşıq situasiyalardan çıxış yolu axtaracaqsınız. Bu isə həm əhvalınıza, həm səhhətinizə təsir edəcək. Günün ikinci yarısında özünüzü daha rahat hiss edəcəksiniz. Pulla bağlı məsələlərdə bəxtiniz gətirə bilər. Bahalı əşyalar ala bilərsiniz.

Əqrəb - adətən ünsiyyətdən qaçan adamlar da bu gün dost məclisi axtaracaqlar. Eşq macəraları asanlıqla başlayır. Hər kəs - ən yüngülxasiyyət və ən ağıllı, yalnız beyninin əmrlərinə qulaq asanlar belə, günün ikinci yarısı başlarını itirə bilərlər.

Oxatan - gün, həmçinin ev işləri üçün də münasibdir. Monoton, detallarınadək bəlli iş emosional  sabitliyə zəmanət verir. Maliyyə vəziyyəti də pis deyil, lazım olmayan xərclərdən qaçmaq mümkündür. Məişət texnikası bilinməyən səbəbdən sıradan çıxa bilər.

Oğlaq -  pərəstişkarlarınızın sayı durmadan artır. Nikahda olan Oğlaqlar isə özləri də istəmədən həyat yoldaşlarının əlinə qısqanclıq üçün bəhanə verə bilərlər. Günün ikinci yarısı isə ürəkaçan deyil. Bəzi Qoçlar əsəbi, bəziləri isə əzgin olacaqlar, bu müddətdə kimsənin sizə yaxın düşməməsi məsləhətdir.

Dolça - günün birinci yarısını vacib problemlər haqqında düşüncələrə sərf edin. Ən mürəkkəb məsələləri götür-qoy edə, çox hiyləgər planlar qura bilərsiniz. İntellektual potensialınız yüksəkdir. İstənilən təmas üçün də yaxşı vaxtdır, çünki intuitiv olaraq kimə nəyi deməyi və nəyi vəd etməyi gözəl bilirsiniz. 

Balıqlar - yüksək əsəbi gərginlik və daim artan narahatlıq səbəbindən başqalarının hissləri barədə unudursunuz. Odur ki, bu gün bir çox Balıqlar elə hərəkət edəcəklər ki, sonra çox peşman olacaqlar. Təmkinlilik, soyuqqanlılıq və ehtiyat sizi bir çox xoşagəlməzlikdən qoruyardı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.