Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Komitə sədri: "16-17 yaşlarında uşaq nə psixoloji, nə də fizioloji cəhətdən ailə qurmağa hazır olur"
14 May 2010 13:51
Baxış: 272
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bunu Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova hakim Yeni Azərbaycan Partiyasının internet-saytına verdiyi müsahibədə bildirib.
"Onlar öz övladlarının həyatını, xoşbəxtliyini qurmaq istədikləri halda, tamam əks, mürəkkəb bir vəziyyətlə üzləşirlər. Çünki 16-17 yaşlarında uşaq nə psixoloji, nə də fizioloji cəhətdən ailə qurmağa hazır olmur", - komitə sədri deyib.
H.Hüseynova bir neçə il öncə komitə tərəfindən bu problemin monitorinqinin keçirildiyini, araşdırmalar aparıldığını bildirib. Bunun nəticəsində ümumiləşdirilmələr aparılaraq, konkret fəaliyyət planı işlənib.
Komitə sədri bildirib ki, əhali arasında geniş maarifləndirmə proqramları aparılır.
Hüseynovanın sözlərinə görə, komitə erkən nikah probleminin həlli ilə bağlı tədbirlər paketi ilə çıxış edib. Buraya nikah müqaviləsinin bağlanması da daxildir. Komitə sədri deyir ki, Azərbaycan şəraitində bu praktikanın həyata keçirilməsi üçün daha geniş maarifləndirmə tədbirləri keçirilməlidir.
"Çox hallarda ailə münaqişələri və boşanmalar qadınların iqtisadi baxımdan hüquqlarının pozulmasına gətirib çıxarır. Nikah müqaviləsinin tətbiq olunması uşaq və qadınların hüquqlarının müdafiəsini gücləndirə bilər", - Hüseynova vurğulayıb.
Komitə nikaha daxil olan şəxslərin tibbi arayış təqdim etmək təklifi ilə də çıxış edib. Onun sözlərinə görə, bunun məqsədi müəyyən genetik, xroniki xəstəliklərin qarşısını almaq, sağlam nəslin dünyaya gəlməsini dəstəkləməkdir.
"Bu, gənc ailələrin qarşılaşa biləcəkləri problemlərin öncədən qarşısını almaqdır. İndi bu təklif müzakirələr mərhələsindədir; ümid edirik, cəmiyyətdə təklifimiz anlaşıqlıqla qarşılanacaq", - komitə sədri bildirib.
Hüseynova qanunvericiliyində qadınların hüquqlarının qorunması, ölkələrarası övladlığa götürmə, erkən nikahla mübarizə və s. sahələrdə müəyyən təkmilləşməyə ehtiyac olduğunu deyir.
Onun sözlərinə görə, erkən nikah hallarının qarşısının alınması üçün qanunvericilikdə həmin halın baş verməsinə dair məsuliyyətin kim tərəfindən daşınması və eyni zamanda, qanunvericilikdə əks olunan nikah yaşı məsələləri tənzimlənməlidir.
"Erkən nikah hallarının sayının Azərbaycanda azalması tendensiyası müşahidə olunur. Bununla bağlı Ailə Məcəlləsinin 10-cu maddəsində əks olunan nikah yaşına düzəliş edilməli və həmin maddəni pozan insan məsuliyyətə cəlb olunmalıdır. Bu, əsasən, Azərbaycanda demoqrafiya problemlərinin bundan sonra da uğurla həll olunmasına gətirəcək", - Hüseynova deyib.
Komitə sədri hazırda Azərbaycanda iki milyona yaxın ailə yaşadığını da bildirib.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Xəzərdə güclü külək və 6 metrlik dalğalar gözlənilir - Xəbərdarlıq
-
Saxta pulların üzərindəki bu yazını gizlədirlər - İnsanları belə aldadırlar
-
Ayın 25-də yağış intensivləşəcək, qar yağacaq - Proqnoz ar
-
Azərbaycanlıların ən çox səfər etdiyi ölkələr bəlli oldu
-
Bakıda mənzillər bir neçə nəfərə satılıb - 172 nəfər zərər çəkib
-
Bütün sosial ödənişlər bu tarixdə veriləcək - Rəsmi
XƏBƏR LENTİ
-
Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı - (Video)
-
Xəzərdə güclü külək və 6 metrlik dalğalar gözlənilir - Xəbərdarlıq
-
Top arxasınca qaçan uşağı avtomobil vurdu - (Video)
-
Bir gecədə 34 milyard dollar qazandı - Dünyanın ən varlıları sırasında
-
Saxta pulların üzərindəki bu yazını gizlədirlər - İnsanları belə aldadırlar
-
Ayın 25-də yağış intensivləşəcək, qar yağacaq - Proqnoz ar
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Azərbaycanlıların ən çox səfər etdiyi ölkələr bəlli oldu
-
3-cü sinif şagirdi vəfat etdi - (Foto)
-
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulur
-
Prezident İlham Əliyev: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib
-
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - (Foto)
-
"Mustafa" Bakıya gəlir - (Video)
-
Tanınmış türkiyəli rok ifaçısı öldü
-
Bakıda mənzillər bir neçə nəfərə satılıb - 172 nəfər zərər çəkib
-
Bütün sosial ödənişlər bu tarixdə veriləcək - Rəsmi
-
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb
-
TikTok-da valideynlərə yeni imkan: Övladlarının nə etdiyini görə biləcəklər
-
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı
-
Kayli Cennerin estetik izləri diqqət çəkdi - (Foto-Video)
-
"Mən oxudum, nə qazandım ki..." - Cəmiyyətdəki düşüncəyə deputatdan etiraz
-
ABŞ-də helikopter qəzası: Ölənlər var
-
İlahiyyat İnstitutunda oxuyan qız tələbələrin sayı açıqlandı
-
DSX-nin əsgəri vəfat etdi