"Ekspress" qəzeti yazır ki, güllər gözəl olduğu qədər də zərifdir. Onların uzun müddət təravətli qalması üçün xüsusi qulluq lazımdır. Adətən gül salonlarında onlar uzun müddət solmurlar, evə gətirəndən sonra isə bir-iki günə əvvəlki görünüşünü itirirlər.
Gül salonlarının birində satış üzrə menecer işləyən Zeynal Mirzəyevin sözlərinə görə, güllərə düzgün baxanda onlar gec solur. "Qızılgüllərin çox qalması üçün otaqdakı havada nəmişlik olmalı, temperatur 15 dərəcədən başlamalı və 20 dərəcəni keçməməlidir. Temperatur 20 dərəcədən yuxarı olarsa, güllər məhv olar. Ümumiyyətlə, güllərin gec solması üçün onları vaxtaşırı olaraq soyuq su ilə doldurulmuş pulverizator vasitəsi ilə sulamaq lazımdır. Biz güllərin yarpaqlarını da sulayırıq ki, nəm qalsın. Bu, güllər üçün çox xeyirdir".
Z.Mirzəyev bildirib ki, güllərin ev şəraitində uzun müddət gözəl qalması üçün gövdəsinin aşağı hissəsini konusvari şəkildə kəsmək lazımdır. "Gülləri evə gətirəndən sonra çoxları onları güldana qoymaqla kifayətlənir. Amma bu düzgün deyil. Ona görə də güllər ev şəraitində daha tez solur. Güllərin suyunu hər gün dəyişmək, saralmış yarpaqlarını isə kəsmək lazımdır. Çəmən güllərinin gövdələrinin aşağı hissəsi iti bir alətlə, ülgüc vasitəsi ilə kəsilir ki, çürüməsin. Güllər bir müddət suda qalandan sonra, onların gövdələrinin aşağı hissəsi çürüməyə başlayır. Məhz həmin çürümüş hissələri hər gün kəsilir ki, təmiz qalsın və gec çürüsün".
Müsahibim onu da əlavə edib ki, yayda istidən güllər solmağa başlayır. "Bəzi hallarda kondisionerin də havanı rütubətləndirməyə gücü çatmır. Güllər solaraq başlarını aşağı salmağa başlayır. Belə hal baş verərsə, qəzetin vərəqlərini nəm edib gülləri kip bükürük. Qəzetə bükülmüş güllərin gövdələrinin aşağı hissəsini suya qoyuruq. Üç-dörd saatdan sonra güllər şax duranda qəzetdən çıxarırıq".
"Güllərin gec çürüməsi üçün suya qənd də atmaq olar", - deyən Z.Mirzəyev qəndin suda nişastanı artırdığını bildirir. Onun sözlərinə görə, əgər güllərin suyu hər gün dəyişilərsə, suya qənd atmağa ehtiyac yoxdur. Təzə suda gülə lazım olan maddələr yetərincədir.
O, qızılgül alarkən onların qönçələrini yoxlamağı məsləhət görür. "Qönçəni əlinlə yoxlayırsan, əgər möhkəmdirsə, demək, gül təzədir. Əgər yumşaqdırsa, almağa dəyməz. Belə gül artıq təravətini itirib və tez solacaq. Çəmən güllərinin ortası yaşıldırsa, demək, tam yetişməyib. Yanlarında da ara-sıra qönçələr görünürsə, gül körpədir. Ümumiyyətlə, kalalar bir həftə, çəmən gülləri 15-20 gün, qış aylarında hətta 1 ay da qala bilər. Qızılgüllər ev şəraitində 4-5 gün qalır. Amma mağazada düzgün qulluq sayəsində gec solur. Güllərin gec quruması üçün otağın havası tez-tez dəyişilməlidir. Otaqda təmiz hava olmalıdır. Əks halda bitkilər tez ölür".
Həmsöhbətim seçim edərkən daha çox qızılgüllərə üstünlük verildiyini deyir. "Ağ qızılgüllər əsasən kişilərə, qırmızı qızılgüllər isə xanımlara hədiyyə olunur. Elə xanımlar da var ki, ağ qızılgüllər xoşlayırlar. Ən bahalı və nadir gül isə orxideya hesab olunur. Orxideyanın 1 dənəsini 50 manata satırıq".
Onun sözlərinə görə, güllər əsasən Ekvadordan, Hollandiyadan, Türkiyədən, İrandan gətirilir. "Yaz-payız mövsümündə Mərdəkandan da güllər gətirilir. Qışda isə əsasən başqa ölkələrdən gətirilmiş gülləri satırıq. Çəmən güllərini əsasən Hollandiyadan, qızılgülləri, zanbaqları, başqa ekzotik gülləri Ekvadordan alırıq".
Z.Mirzəyev onu da bildirib ki, uzaqdan gətirilən güllərin yanında mineralları da olur. "Həmin mineralları suya əlavə etməklə onların uzunömürlü olmasına nail oluruq. Mağazalarda "canlı oazis" adlanan xüsusi süngərlər da satılır ki, onların köməkliyi iə güllər uzun müddət qidalanır. 40 qramlıq belə süngərə 6 litr su hopur. Gülləri kəsib həmin süngərə sancırsan. Suya nisbətən "canlı oazis"də güllər daha çox qalır. Həmin süngərdən kəsib güldanın içərisinə də yerləşdirmək olar. Bunların vasitəsi ilə ikebana düzəltmək olar. Ev şəraitində də belə süngərə gül, yarpaq, hətta ağac budağı da sancıb gözəl və maraqlı kompozisiya düzəltmək olar".
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Evdəki gülün solmamasını istəyirsinizsə...
25 Aprel 2012 15:10
1 Şərh
Baxış: 38 322

DİGƏR XƏBƏRLƏR
-
Nigar Fərhadın verilişində daha bir GƏRGİNLİK - VİDEO
-
Azərbaycanlı "Tiktoker"ə ağır İTKİ - məzarı başında ürək dağladı - VİDEO
-
Əməliyyat zamanı qeyri-etik görüntüləri yayılan "həkim" DANIŞDI
-
Bulvarda dənizə düşən qızı mühafizəçi belə XİLAS ETDİ: zorla ərə verilirmiş - VİDEO
-
Kirayə mənzillər ən çox hansı ərazilərdə bahalaşıb? - QİYMƏTLƏR
-
Bakıda ərəblər yenə OYUN ÇIXARDILAR: bu dəfə... - VİDEO
XƏBƏR LENTİ
-
Qəbul imtahanının nəticələri açıqlandı
-
Həmin pasiyent danışdı: "Məni bütün ölkəyə biabır etdilər" - VİDEO
-
Rusiyadan Azərbaycan və daha üç ölkəyə təklif...
-
“O, amerikalı kişidir” - Əri ilə bağlı suala əsəbləşdi
-
"Sumqayıt" səfərdə "Qarabağ"ı məğlub edib - YENİLƏNİB
-
Zaurun verilişinə çıxan əmisini məhkəməyə verdi - QƏRAR
-
Rafael Fiziyev: "Onun zərbələrindən sonra gözümün önündə ulduzlar gördüm"
-
Aysunun səhnə geyimi müzakirələr yaratdı - VİDEO
-
Messinin mühafizəçisinin illik qazancı üzə çıxdı! - İnanılmazdır
-
Astarada 47 yaşlı qadın qətlə yetirildi - oğlu saxlanıldı - YENİLƏNİB
-
Erməni rəqibinə qalib gələrək çempion oldu
-
“Nə Tarkan, nə də Castin konsertində oxşar bilet izdihamı yaşanıb...”
-
Azərbaycanlı müğənni ata olacaq - sevincindən AĞLADI - VİDEO
-
Zərəçəkmiş şəxslər məhkəmədə ifadə veriblər - FOTO
-
Lavrov: Zelenski hər şeyə "yox" cavabı verdi
-
Qızı Aygün Bəylərin məzarı başında... - VİDEO
-
Marko Veşoviçin yeni komandası məlum oldu
-
Nigar Fərhadın verilişində daha bir GƏRGİNLİK - VİDEO
-
Ebru Gündeşin əri saxlanıldı
-
Vüqar Qurbanov ona vəzifə verdi - FOTO
-
"İxtisas seçiminin nəticələri bu gün axşam, ən gec sabah elan olunacaq" - Ekspertdən AÇIQLAMA
-
Politoloq Sergey Markov Rusiyada xarici agent elan edildi
-
Əliyar Ağayev Moyze Kini meydandan qovdu - VİDEO
-
Türkiyədə yenə zəlzələ oldu