Cəmiyyət

Cəlilabaddan Türkiyə üçün 16 yük maşını ilə yardım göndərilib

13 Fevral 2023 22:52
Baxış: 865
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cəlilabaddan Türkiyə üçün 16 yük maşını ilə yardım göndərilib.

Milli.Az "report"a istinadən bildirir ki, rayon ərazisində yardım üçün 4 məntəqə yaradılıb.

Bu məntəqələrdə müxtəlif ərzaq, isti geyim, konservləşdirilmiş qidalar, uşaq bezləri, yataq dəstləri və digər lazım olan ləvazimatlar toplanılıb.

Yardımlar könüllülər tərəfindən çeşidlənib, qablaşdırılıb və avtomobillərə yüklənib.

Daha sonra toplanan humanitar yardım Cəlilabaddan Bakıya yola salınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.