Cəmiyyət

"Anadolu" tibb klinikasının rəhbəri və müavini HƏBS OLUNDU

14 Yanvar 2023 23:39
Baxış: 1 482
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevirdə yerləşən "Anadolu" tibb klinikasının rəhbəri və müavini həbs olunub.

Milli.Az unikal.org-a istinadən bildirir ki, ötən ilin mart ayında ölkənin tanınmış incəsənət xadimlərinin iştirakı ilə baş tutan konsert proqramı ilə Mingəçevir şəhərində fəaliyyətə başlayan "Anadolu" klinikasının rəhbəri Alper Mövlud Ceylan və onun müavini Kərim Nadirov haqqında məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib.

Əldə olunan ilkin məlumata görə, klinikaya qəbul olunan şəxslərdən işə qəbul müqabilində daşıyacağı vəzifəyə görə müəyyən məbləğdə vəsait alınıb və həmin vəsaitin depozit olaraq yatırılaraq müəyyən müddət sonra qaytarılacağı vəd olunub. Amma pasient azlığı və gəlirlər rəhbərliyə vədlərinə əməl etməyə imkan verməyib. Bu səbəbdən şikayətçi əməkdaşlar vaxtından öncə daşıdığı vəzifədən uzaqlaşdırılıb. Yerdə qalan əməkdaşlara isə ümumiyyətlə əmək haqqı ödənməyib və yalnız ödəniləcək vədi verilib. Klinika rəhbərinin müavini Kərim Nadirov isə bir az da irəli gedərək yatırılan depozitlərin bir çox hissəsini mənimsəyərək ümumiyyətlə qeydə alınmasını təmin etməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.