Cəmiyyət

Abşeronda yol polisi qəzaya uğradı: Yaralanan var

8 Yanvar 2023 21:22
Baxış: 768
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Abşeronda yol polisi avtomobili qəzaya uğrayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində, Bakı Mühəndislər Universitetinin qarşısında qeydə alınıb.

Abşeron rayon Dövlət Yol Polis Şöbəsinə məxsus avtomobil idarəetməni itirərək əvvəlcə "Ford" markalı maşına çırpılıb. Sonra "Ford" eyni istiqamətdə olan "BMW" markalı maşına dəyib. İdarəetmədən çıxan yol polisi avtomobili isə işıq dirəyinə dəyərək dayanıb.

Qəza nəticəsində "BMW" markalı maşında olan qadın sərnişin yüngül xəsarət alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.