Ölkə

Sabah bu ərazilərdə işıq olmayacaq

6 Oktyabr 2025 18:34
Baxış: 3 478
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabah Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunda elektrik enerjisinin verilişində fasilələr olacaq.

"Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən Milli.Az-a verilən məlumata görə, 35/10 kilovoltluq "Sədərək" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Sədərək" hava elektrik verilişi xəttində payız-qış mövsümü ilə əlaqədar təmir işləri aparılacaq.

Bu səbəbdən oktyabrın 7-də saat 15:00-dan 16:30-dək Sədərək kəndinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.