Heç zaman işləməyən şəxslər nə qədər PENSİYA ala bilər? - Hüquqi İZAH
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Heç bir vaxt əmək fəaliyyəti ilə məşğul olmayan şəxslər, evdar qadınlara "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə (pensiya yaşına) çatdıqda işləmədikləri üçün pensiya deyil, yalnız yaşa görə ömürlük müavinət verilir".
Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri sosial hüquq və əmək qanunvericiliyi üzrə ekspert Ruslan Hümbətov açıqlamasında bildirib.
Ekspertin fikrincə, sözügedən şəxslər:
- Yaşa görə müavinət;
- 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət;
- Ailə başçısını itirməyə görə müavinət;
- Dövlət qulluqçularına ömürlük müavinət;
- Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət;
- 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət;
- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət;
- Beşdən çox uşağı olan qadınlara müavinət;
- Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətlər; bu kimi hər hansı müavinətlərdən yararlanmırsa, yalnız yaşa görə müavinət alır və onun da hazırkı məbləği 180 manatdır.
"Bu məbləğ fərqli vaxtlarda fərqli məbləğ ola bilir. Məsələn Yaşa görə müavinətin məbləği 2019-cu il aprelin 1-dən etibarən 130 manat, 2022-ci il yanvarın 1-dən 180 manat təşkil edir.
Yəni məbləğin artması "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Prezidentin fərmanı tənzimlənir.
Eyni zamanada beş və daha çox uşaq dünyaya gətirən onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların yaş həddi hər uşağa görə 1 il azaldılır. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların yaş həddi 5 il azaldılmaqla, ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 il azaldılır.
Və daha çox uşağı nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin yaş həddi 5 il azaldılmaqla onlara müavinət verilir", - deyə R.Hümbətov qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?
XƏBƏR LENTİ
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)
-
Abşeronda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"
-
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı açıqlanıb
-
Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı





