DİN-dən polislərə irad bildirən qadına cavab
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda yol polisi ilə sürücü arasında insident yaranıb.
Yaranan mübahisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, xanım sürücü idarə etdiyi nəqliyyat vasitəsində təhlükəsizlik kəmərini taxmadığı üçün DYP əməkdaşları tərəfindən qanuni formada saxlanılıb. Lakin o, yol polisi əməkdaşlarının təhlükəsizlik kəmərini taxmayan sürücülər arasında ayrı-seçkilik qoyduqlarını iddia edərək, bu qanun pozuntusuna obyektiv nəzarət edə bilmədikləri ilə ittiham edib.
Mübahisə anını mobil telefonu ilə lentə alan sürücü DYP əməkdaşlarının xidməti avtomobildən düşmələrini tələb edib:
"Mən hörmətsizlik etmirəm, hamı kəmərsiz sürür, maşınını niyə saxlamırsınız? Kəmər taxmamışam, yazın cəriməmi. Yol polisisiniz, düşün aşağı, kəmər taxmayan hər kəsi saxlayın da, niyə saxlamırsınız? Bu videonu paylaşıb sizi "reklam" eləyim, siz də görün".
Məsələ ilə bağlı Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlama verib. Onun sözlərinə görə, yol hərəkəti qaydasını pozub, daha sonra məsuliyyətdən yayınmağa çalışarkən xidmət aparan polis əməkdaşını videoya çəkməklə onu qanuni işindən yayındırmaq məqsədilə qanuni tələblərə və insani keyfiyyətlərə uyğun olmayan lüzumsuz müzakirələrə, qanun keşikçisini nüfuzdan salmağa hesablanmış addımlar atmaq yolverilməzdir:
"Görüntülərə baxan hər bir normal düşüncəli insan başa düşür ki, ortada qayda pozuntusu var və polis öz qanuni işini görür. Sürücü isə məsuliyyətdən yayınmağa cəhd edir. Çox təəssüf ki, kimlərsə qanunların, qaydaların olmasını, lakin həmin qaydaların özündən kənarda olmasını arzu edir. Bu düşüncə tərzi bizim sivil cəmiyyət olaraq inkişafımızı ləngidə və nəticədə nizam-intizamın, təhlükəsizliyin yüksək səviyyədə qorunması üçün görülən işlərə xələl gətirə bilər.
Bu videoda səslənən fikirlər qəbuledilməzdir. Yol hərəkəti iştirakçılarına tövsiyə edirik ki, qaydaları cərimə olunmamaq üçün deyil, həyat və sağlamlıqlarının təhlükəsizliyi üçün pozmasınlar. Hər kəs bir-birinə nümunə olsa, nə qayda pozulacaq, nə də bu və buna bənzər xoşagəlməz insidentlər yaşanacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xarici diplomatlar Gəncəsər və Xudavəng monastır komplekslərini ziyarət ediblər - (Yenilənib)
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
XƏBƏR LENTİ
-
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
-
İtkin düşən 8 nəfər tapıldı
-
Mahir Emrelinin paltardəyişmə otağında çılğın qələbə sevinci - (Video)
-
Türkiyəli aktrisa “Sənə də qalmaz” oxudu - (Video)
-
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
-
Xarici diplomatlar Gəncəsər və Xudavəng monastır komplekslərini ziyarət ediblər - (Yenilənib)
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ötən gün 9 odlu silah aşkarlanıb
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi - (Video)
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
-
Azərbaycan nefti bahalaşıb
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)





