Cəmiyyət

Lənkəranda avtomobil mağazaya çırpılıb, yaralananlar var - FOTO

24 Noyabr 2022 08:43
Baxış: 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Lənkəran-Boradigah yolunun, Lənkəran rayonunun Şağlaser kəndi ərazisindən keçən hissəsində baş verib.

Lənkəran rayonunun Xarxatan kənd sakini, 1997-ci il təvəllüdlü Fəqani İlham oğlu Ağazadə idarə etdiyi "Merseders" markalı avtomaşınla hərəkətdə olarkən, idarəetməni itirərək, əvvəlcə Lənkəran rayonunun Tükəvilə kənd sakini, 1972-ci il təvəllüdlü Zahid Mirzəyevə məxsus "Merseders" markalı minik avtomobilinə, sonra isə yaxınlıqdakı fəaliyyətsiz olan iki mağazaya çırpılıb. Bundan sonra avtomobil yol kənarındakı elektrik dirəyinə çırpılaraq onu sındırıb. Sürücü və sərnişinlər - 2005-ci il təvəllüdlü Hiccət Ələmdar oğlu Sadıqov, 2001-ci il təvəllüdlü Nurlan Əmin oğlu Səmədov, 1999-cu il təvəllüdlü Hüseynəli Xudayar oğlu Əlizadə yaxınlıqdakı sakinlərin köməyi ​ deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılıblar. Yaralılar hadisə yerinə çağrılan iki Təcili Tibbi Yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara tibbi yardım göstərilib. Sürücü Fəqani Ağazadənin vəziyyəti ağır olduğundan o, travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Lənkəran Rayon Polis İdarəsində araşdırma aparılır, hadisənin səbəbləri dəqiqləşdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.