Cəmiyyət

"Azərbaycan tarixi" və "İnformatika" fənləri bütün ixtisas qruplarına əlavə edilə bilər? - VİDEO

23 Noyabr 2022 21:36
Baxış: 1 398
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan tarixi" və "İnformatika" fənləri qəbul imtahanları zamanı bütün ixtisas qruplarına əlavə edilə bilər.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə, eləcə də təhsil ekspertləri arasında müzakirələr aparılır.

Mövzu ilə bağlı danışan təhsil eksperti Kamran Əsədov hesab edir ki, ali məktəblərə qəbul imtahanı zamanı bütün ixtisas qruplarına "Azərbaycan tarixi" və "İnformatika" fənlərinin əlavə edilməsi abituriyentlərin işini daha da çətinləşdirə bilər.

Ekspert vurğulayıb ki, bəzi xarici ölkələrdə qəbul imtahanı prosesi ölkəmizdəki sistemlə müqayisədə daha asan hesab edilir.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə bildirib ki, "Azərbaycan tarixi" və "İnformatika" fənlərinin bütün ixtisas qruplarına salınması məsələsi hazırda müzakirə mövzusu deyil.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.