Cəmiyyət

“Maşını bir az sürəndən sonra qapını açıb meyiti aşağı atdım” - İlkin ifadəsi açıqlandı

10 Noyabr 2022 22:02
Baxış: 32 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, bu gün qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlı barəsində Qaradağ Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, proses zamanı bu sözləri deyib:

"Mənim maşınımda görüşdük. O, qarşıda sərnişin yerində əyləşmişdi. Aramızda münaqişə yarandı. Bıçaq onun əlində idi. Mənim şərəf və ləyaqətimi təhqir etdi. Mən onun əlindəki bıçağı alıb ona zərbə endirdim. Yalnız birinci zərbəni xatırlayıram. Digərləri yadıma gəlmir. Maşını bir az sürəndən sonra qapını açıb meyiti aşağı atdım".

Ekspertiza müəyyən edib ki, Rəşad Dağlı zərərçəkmiş İsgəndər Mehdiyevə ümumilikdə 14 bıçaq zərbəsi vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.