Cəmiyyət

Toy günü ölən 18 yaşlı Nuranənin FOTOsu

7 Noyabr 2022 22:29
Baxış: 3 271
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Yevlaxda baş verən qəzada ölənlərdən biri də bu gün toyu olacaq Nuranə Hüseynovadır.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, toy üçün gözəllik salonuna gedərkən qəzaya düşən Nuranənin sosial şəbəkələrdə fotosu yayılıb.

Qeyd edək ki, hadisə rayonun Səmədabad kəndində baş verib. "BMW X5" markalı avtomobil idarəetmədən çıxaraq Yuxarı Qarabağ kanalına aşıb. Hadisə nəticəsində avtomobildə olan 1991-ci il təvəllüdlü Qasımov Famil Abbas oğlu, 2004-cü il təvəllüdlü Hüseynova Nuranə Hümbət qızı və əmisi qızı Günay Hüseynova dünyasını dəyişib. Avtomobildə olan digər sərnişin Xəyalə Hüseynova isə xəstəxanaya çatdırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.