Cəmiyyət

Elektron qaydada ödənişdən ƏDV tutulmalıdırmı?

30 Oktyabr 2022 19:20
Baxış: 709
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Elektron ticarət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyətdir.

Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, ölkə hüdudlarından kənarda vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentə elektron qaydada ödənişlərin edilməsi elektron ticarət qaydasında iş və xidmət alınması hesab olunmur və həmin ödənişlərdən banklar tərəfindən ƏDV tutulmur.

Eyni zamanda, Vergi Məcəlləsinə əsasən, elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda, ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycandakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.