Cəmiyyət

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

25 Oktyabr 2022 07:18
Baxış: 784
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Mirmahmud Kazımov küçəsi ilə Cavadxan küçələrinin kəsişməsində qeydə alınıb.

"Azsamand" markalı avtomobilin sürücüsü Emin Şərəfov Cavadxan küçəsində hərəkətdə olan "Kia" markalı maşının qarşısına çıxıb. Bu zaman "Kia" küçələrin kəsişməsinə daxil olan avtomobilə çırpılıb. Qəza nəticəsində "Azsamand" markalı maşının iki sərnişini ağır bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.