Cəmiyyət

Azərbaycan-Rusiya sərhədində uzun növbə

24 Oktyabr 2022 22:40
Baxış: 1 184
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qusar rayonunun "Samur" gömrük keçid məntəqəsində Rusiya Federasiyasına keçən nəqliyyat vasitələrinin uzun növbəsi yaranıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, gömrük keçid məntəqəsində 2 mindən çox yük maşını qarşı tərəfə keçmək üçün növbə gözləyir.

"Samur" gömrük keçid məntəqəsindən bildirilib ki, ölkəmizin Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunda ixrac nəzarət xətti ilə avtomobillərin yola salınmasında heç bir problem yoxdur. Burada qarşı tərəfin buraxılış sayına uyğun olaraq yük nəqliyyat vasitələrinin keçidi təmin edilir.

Yaranan sıxlıqla əlaqədar "Samur" gömrük keçid məntəqəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, yük nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması istiqamətində bütün zəruri addımlar atılır. Dövlət Gömrük Komitəsinin aidiyyəti strukturları sərhədkeçmə proseslərinin sürətləndirilməsi üçün Rusiya tərəfi ilə müntəzəm danışıqlar aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.