Yas mərasimlərində yemək qadağası - Növbə Bakıya ÇATDI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son zamanlar Azərbaycanın bir sıra rayon və kəndlərində yas mərasimlərində ehsan verilməsi dayandırılması ilə bağlı fikirlər səsləndirilir. Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən, Şəmkir rayonları və Naxçıvanın Mahmudkənd kəndində artıq yalnız çay süfrəsi ilə kifayətlənmək tövsiyə olunur.
Qeyd edək ki, bu qərar rəsmi məcburiyyət deyil, tövsiyə xarakteri daşıyır. Cəmiyyətin müxtəlif təbəqələri tərəfindən fərqli qarşılanmasına baxmayaraq, əsas məqsəd israfçılığın qarşısını almaq və yas mərasimlərini daha sadə və mənəvi dəyərlərə uyğun şəkildə keçirməkdir.
Yaxın gələcəkdə bu praktika digər rayonlara da tətbiq ediləcəyi gözlənilir.
Ancaq hələ də paytaxt Bakıda yas mərasimlərində yemək verilməsinin dayandırılması ilə bağlı xəbərlərə rast gəlinmir. Rayonlardan sonra oxşar qaydanın Bakıda da qüvvəyə minəcəyi bildirilir.
Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev bildirib ki, bu, çox doğru və vaxtında verilmiş bir qərardır.
O qeyd edib ki, artıq bir sıra bölgələrdə genişmiqyaslı ehsan mərasimlərinin qarşısı alınıb. Rayon və kəndlərdə ağsaqqalların iştirakı ilə aparılan məsləhətləşmələr nəticəsində belə qənaətə gəlinib ki, yasda təmtərağa ehtiyac yoxdur.
"Bu tendensiyanı tam dəstəkləyirəm. Ancaq təəssüflər olsun ki, hələ də Bakı şəhərində köhnə vərdişlər davam edir. Elə vaxtlar olub ki, yas mərasimlərində süfrəyə bahalı siqaretlər düzülürdü. Bu da özlüyündə yanlış bir yanaşmadır. Bəzən dünyasını dəyişən şəxsin yaxınları təlaş içində qalırlar, dəfn işlərini həyata keçirsinlər, yoxsa ehsan süfrəsi üçün ət, düyü, yağ və digər ərzaq məhsulları alsınlar?".
Deputat qeyd edib ki, burada Türkiyə nümunəsi bizim üçün yaxşı bir örnək ola bilər.
"Qardaş Türkiyədə əsasən yasda iştirak edən yaxın qohum və qonşulara ehsan verilsə də, amma genişmiqyaslı ehsan süfrələri təşkil olunmur. Mən düşünürəm ki, bizdə də bu ənənə mərhələli şəkildə aradan qaldırılmalıdır".
E.Musayev onu da diqqətə çatdırıb ki, eyni zamanda toy mərasimlərində də həddindən artıq bədxərc hallar müşahidə olunur:
"Bu da bir növ israfçılıq və özünü göstərmək məqsədi daşıyır. Halbuki toy, evlənən gənclərə xoşbəxtlik arzulamaq, onlara dəstək vermək üçün təşkil olunur. Əgər nəsə vermək lazımdırsa, bu birbaşa gənclərin özünə verilməlidir, yoxsa dəbdəbəli məclislərə yox",-deyə deputat vurğulayıb.
Sonda millət vəkili bildirib ki, həm yas, həm də toy mərasimlərində sadəlik, mənəvi dəyərlərə önəm vermək və israfdan qaçmaq daha məqsədəuyğundur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
-
Yeni il gecəsi milyonlar qazanacaqlar - Siyahı
-
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - (Foto)
-
Aslan Fətullayevin dəfn yeri açıqlandı
-
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
-
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırıb
XƏBƏR LENTİ
-
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
-
Yeni il gecəsi milyonlar qazanacaqlar - Siyahı
-
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - (Foto)
-
Aslan Fətullayevin dəfn yeri açıqlandı
-
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
-
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
-
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırıb
-
Antalyada Birinci xanım Mehriban Əliyeva və Əminə Ərdoğandan səmimi görüntülər - (Foto)
-
Məhərrəm Müzəffərov xəstəxana direktoru təyin edildi
-
Babək prospektində “BMW”nin körpüdən aşmasının anbaan videosu
-
Sabah Balakəndə qaz kəsiləcək
-
“PAYIZ ETÜDLƏRİ” adlı yaradıcılıq sərgisinə əsər qəbulu elan olunur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - (Video)
-
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - (Foto/Video)
-
Tehran öz dininə xəyanət edir
-
Pakistanda polis dəstəsinə hücum - 11 nəfər öldü, 12 yaralı var
-
Sabah yola çıxanların nəzərinə - Görünüş məsafəsi azalacaq
-
Bir balıq ovu 2 min manata başa gələ bilər
-
22 yaşlı futbolçu məşq zamanı öldü
-
Samir Bayramlı: “Ad günümə gəlmədiniz, pulu kartıma göndərin” - (Video)
-
Bu marşrutlarla gedən sərnişinlərin diqqətinə
-
Yağışlı havada hansı yeməkləri yemək lazımdır?
-
Rəqsanə qızı Yana əməliyyatdan sonra ilk dəfə – Yeni görünüşü - (Video)
-
Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur - (Foto)





