Cəmiyyət

Xudayar Yusifzadənin anası əməliyyat olundu

7 Sentyabr 2022 13:52
Baxış: 1 222
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

44 günlük Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin anası əməliyyat olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki,şəhidimizin anası Radə Qurbanova uşaqlığın simptomlu leyomioması, uşaqlıq boyunun displaziyası diaqnozu ilə bu gün paytaxtdakı tibb müəssisələrindən birində əməliyyat edilib.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinə müdiri Zamirə Ədilova faktı təsdiq edib.

O bildirib ki, vətəndaş Radə Qurbanova TƏBİB-in tabeliyindəki Xətai Tibb Mərkəzində bu gün əməliyyat olunub:

"Əməliyyatı Mərkəzin Ginekologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mehriban Hacızadə həyata keçirib. R.Qurbanova artıq palataya köçürülüb, vəziyyəti qənaətbəxşdir".

Z.Ədilova həmçinin onu da qeyd edib ki, əməliyyatdan əvvəlki müayinələrdə Radə Qurbanovada ürəyin işemik xəstəliyi, stabil gərginlik stenokardiyası aşkarlanıb, o mərkəzin kardioloqu Ülviyyə Quliyevanın təyin etdiyi müalicə kursunu keçdikdən sonra əməliyyatına icazə verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.