Cəmiyyət

Yüksək vəzifəyə təyin olunan İltimas Məmmədovdan SƏRT AÇIQLAMA "Bu üzdəniraqlar.."

29 Avqust 2022 23:12
Baxış: 1 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçmiş Rabitə və Yüksək Texologiyalar nazirinin birinci müavini, bir neçə gün bundan əvvəl Xüsusi Rabitə və İnformasiya Təhükəsizliyi Dövlət Xidmətinin şöbə rəisi təyin olunan İltimas Məmmədov haqqında yazılan məlumatlara münasibət bildirib.

Milli.Az bildirir ki, İ.Məmmədov manset.az-a açıqlamasında haqqında yazılanlarla bağlı bunları deyib.

"Bəli, mən bir az bundan əvvəl Xüsusi Rabitə və İnformasiya Təhükəsizliyi Dövlət Xidmətinin şöbə rəisi təyin olunmuşam. Mənim haqqımda belə yalan yazanlar və yazdıranlar üzdəniraqlardır".

"Mən heç bir istintaq orqanına dəvət olunmamışam. Prokurorluq orqanlarına dəvət olunmamışam. Bunu yazanlar məni istəməyən, mənim yeni təyinatımı qəbul etməyənlərdi. Fikir versəniz mənim yeni işimə təyinatla bağlı xəbərdən öncə yaymışdılar bu xəbərləri. Ona görə belə adamlar rəzil və biabırçı adamlardı. Mən onlara fikir vermirəm".

Qeyd edək ki, İltimas Məmmədov barəsində son günlər mətbuatda onun istintaq orqanlarına çağrıldığı, haqqında prokurorluqda  araşdırma getdiyi bildirilirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.