Cəmiyyət

Mir Mövsüm ağanın nəvəsi cərimələndi - 50 metr gedib QƏZA TÖRƏTDİ - VİDEO

20 Avqust 2022 22:07
Baxış: 4 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yol polisi avtomobilinin zəncirvari qəza törətməsinin görüntüləri yayılıb.

Milli.Az shownews.az-a istinadən xəbər verir ki, görüntüdə hadisənin Xəzər rayonu ərazisində baş verdiyi bəlli olur.

Belə ki, 99 YP 457 dövlət qeydiyyat nişanlı BMW markalı xidməti avtomobil KİA markalı digər avtomobilə çırpılıb. O da öndə gedən "Mercedes"ə çırpılıb.

Qeyd edək ki, video həm də onu lentə alan şəxslə yol polisi arasındakı maraqlı dialoqla da diqqət çəkib.

Həmin şəxs ona cərimə yazan yol polisinə  "Mən Mirmövsüm ağanın nəvəsiyəm, sənə dedim ki, körpə balalarım var, cərimə yazma. 50 metr gəlib qəza törətdin" deyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.