Azərbaycanda balın qiyməti son 10 ilin REKORD həddinə çatdı - Səbəb NƏDİR?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İstehlak bazarında təbii balın qiyməti kəskin şəkildə bahalaşıb. Hazırda bazarda bir kiloqram balın qiyməti 30-35 manatdan başlayır. Bu isə son 10 ilin ən baha qiymətidir.
Bəs balın qiymətinin bu qədər bahalaşması nə ilə bağlıdır?
Milli.Az xəbər verir ki, Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov Bizim.Media-ya açıqlamasında qiymətinin qalxmasını arı üçün lazım olan məhsulların -bidon və dərmanların belə, ölkəyə xaricdən gətirilməsiylə əsaslandırdı:
"Arıçılıqda istifadə olunan avadanlıqların 90-95 faizi xaricdən gətirilir. Son vaxtlar dünya bazarında baş verən qiymət artımı təbii ki, ölkəmizə idxal olunan avadanlıqlar və dərman preparatlarına da öz təsirini göstərib".
Bədrəddin Həsrətov qiymət artımının bir səbəbini də idxal olunan balın həcminin azalmasında görür:
"Əvvəllər Ukraynadan, Rusiyadan, İrandan, Türkiyədən və digər ölkələrdən iri həcmdə bal idxal olunurdu. Amma məlum səbəblərə görə bəzi ölkələrdən idxal dayanıb, bəzi ölkələrdən isə bal məhsullarının gətirilməsi azalıb. Təbii ki, bu da qiymət artımına öz təsirini göstərib".
Təbii ki, belə vəziyətdə ilk ağıla gələn işğaldan azad olan Qarabağ və ətraf ərazilərin imkanlarıdır.
Assosiyasiya sədri bildirdi ki, Azərbaycanda 620 min arı ailəsi var və 25 min arıçı fəaliyyət göstərir:
"620 min arı ailəsindən 20 mini Qarabağa köç edə bilir. Biz gözləyirik ki, Qarabağda həyat yenidən canlansın. Məhz o zaman arı ailələrinin sayı kəskin artacaq. Hələliksə, Qarabağdakı imkanlardan obyektiv səbəblər üzündən tam yararlana bilmirik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Astarada ilk kivi yığımı başladı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - Yenilənib (Foto)
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
XƏBƏR LENTİ
-
Azərbaycanlı aktyor qızı ilə - (Foto)
-
“Real” Madrid derbisində darmadağınla qalib gəldi
-
Qoz yağının faydaları - necə istehlak edilməlidir?
-
Astarada ilk kivi yığımı başladı - (Video)
-
Azərbaycanlı məşhurların arxiv görüntüləri müzakirə yaratdı - Ən çox kim dəyişib? - (Fotolar)
-
Türkiyə mətbəxindən haydari resepti
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video





