Sosial şəbəkələrdə bizi necə dinləyirlər? - Ekspertdən ŞOK TƏFƏRRÜAT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Anamla evə alacağımız mətbəx avadanlıqları haqqında söhbət edirdik. Qərarlaşdırıb söhbətimizi bitirdikdən sonra sosial şəbəkə hesablarıma daxil oldum. Gözlərimə inana bilmədim, qarşıma həmin avadanlıqların satışı ilə məşğul olan çox sayda səhifələr, mağazalar çıxmağa başladı".
Son zamanlarda yəgin ki, bu deyilənlər əksəriyyətimiz üçün tez-tez rast gəlinən hala çevrilib. İnternet, sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevirildiyi azmış kimi indi də arzu-istəklərimizi, məlumatlarımızı toplamağa başlayıb həm də xəbərimiz olmadan.
Doğrudanmı rəqəmsal dünya bizi qarabaqara izləyir? O məlumatlarımızı, danışdıqlarımızı necə anlayır?
Milli.Az xəbər verir ki, bizim media hər kəsi düşündürən bu sualları mütəxəssislə çözməyə çalışıb. Rəqəmsal marketinq üzrə ekspert Samir Mehdiyev bizim.media-ya açıqlamasında bəzi nüanslara aydınlıq gətirib.
Onun sözlərinə görə, istifadəçilərin təkcə şəxsi məlumatları deyil, şəxsi maraqları da data kimi reklam verən şəxslərə satılır:
"Meta korporasiyasına daxil olan - "Facebook", "İnstagram", "Whatsapp" sosial şəbəkə platformaları istifadəçilərin sözügedən yerdə apardığı hərəkətlilikləri bu və ya digər şəkildə izləməyə başlayır. Yəni istifadəçi hər hansı bir səhifəyə, paylaşıma rəy yazırsa, bəyənirsə avtomatik olaraq sistemdə yer alır. Bununla da həmin səhifələrdəki paylaşımlara, kontentə görə, sosial şəbəkələr reklam "targeting"ini müəyyən edir və istifadəçi növbəti etapda reklam verənlərin siyahısında yer almağa başlayır. Dəfələrlə "Meta" korporasiyası bu tip məlumatları əldə edikləri üçün məhkəməyə verilib. Lakin bu ittihamlara qarşı qalib gəlməyi də bacarıb. Çünki istifadəçilər özü könüllü şəkildə məlumatları ötürür".
Mütəxəssisin sözlərinə görə, hər hansı sosial şəbəkəyə daxil olmağımız artıq bizim məlumatlarımızın platformaların "database" serverlərinə köçürülməsi hesab olunur:
"Müasir günümüz süni intellektin inkişafı, virtualizasiya dövrünün artıq sürətlənməsini tələb edir. Biz "google" axtarış sistemində də müxtəlif axtarışlar edəndə, səsli mesajlar göndərdikdə, cihaza səsimizi ötürməsinə icazə verdikdə, sosial şəbəkə növbəti dəfə icazə istəmir və istənilən məlumatları cihazımızdan yönləndirə bilirlər. Ona görə də icazə verilən üçüncü tərəf tətbiqlər üçün sosial hesabınızda hansı məlumatların əlçatan olduğunu yoxlayın. Həmçinin istifadə olunmayan tətbiqlərin smartfonlardan silinməyi məsləhətdir", - deyə S.Mehdiyev qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Bakının bu rayonunda qaz kəsiləcək
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?
XƏBƏR LENTİ
-
"Amerikada bir ay konsert verdik, 100 dollar pul verdilər" - Alim Qasımovla müsahibə
-
Federiko Valverde zədələndi
-
“Ana olmaq istəyirəm” - Dakota Conson
-
Nərimanovda binadakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
Xəzərdə zəlzələ olub
-
Ramil Vəlibəyov vəzifəsindən azad olundu
-
Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - (Video)
-
"Qalatasaray"da Okan Buruk getsə, fransalı mütəxəssis gələ bilər
-
Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Tacir Şahmalıoğlu əməliyyat olundu
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Fanatının "Bentley" üzərində Aygün Kazımovaya sevgisi nümayişi - (Video)
-
Bakının bu rayonunda qaz kəsiləcək
-
Pünhan Priyevin toyunda kövrək anlar: Gəlinin qardaşı ağladı - (Video)
-
Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb
-
Əməkdar artist nəvəsinə ad günü keçirdi - (Video)
-
"Ermənistan və Rusiya bundan sonra əvvəlki kimi olmayacaq"
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?





