Elm və Təhsil Nazirliyində KORRUPSİYA?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Mənə məktəblərə verilən və məktəbin idman zalında tamaşaçıların əyləşməsi üçün nəzərdə tutulan iki növ oturacağın fotusunu göndəriblər. Səthi və ayaqları adi oduncaqdan düzəldilib boyadılan 5 nəfər şagirdin oturması üçün nəzərdə tutulan belliyi olmayan taxta oturacağın qaimədə göstərilən qiyməti 270 manatdır. Nazik dəmir profildən ayaqları, səthi taxta reykadan olub 3 nəfərin oturması üçün nəzərdə tutulan belliyi olmayan oturacaq da eyni qiymətə məktəblərə verilib. Ölkənin bir-çox məktəblərində şagirdlər üçün stol-stul və lövhə kimi adi sinif ləvazimatlarının çatışmadığı, dərsliklərin belə çatışmadığı bir şəraitdə bu avadanlıqları məktəblərə verməyin adı nədir?"
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.
Ekspert qeyd edib ki, bu kustar üsulla sexlərdə hazırlanan oturacaqların qaimədə göstərilən qiymətinə azı 5 beləsini düzəltdirmək olar.
Kamran Əsədov digər belə bir neçə faktı da qeyd edib:
"Digər bir fakt isə adamı lap dəhşətə gətirir. Ölkədəki 44 günlük müharibəsinin qələbəsini əks etdirən və məktəblərə verilən 3-4 kvadrat metrlik və çərçivəyə alınmış banerin də qaimə qiyməti 350 manatdır. Bu banerlərin oxşarı Aprel döyüşlərində və müharibə zamanı ölkə üzrə bütün məktəblərə verilib və guya bizim nazirlik də müharibəyə öz töhfəsini verib. Bunlar hansı vicdanla insanlarımızın qanı tökülən ərəfədə milyonlarla dövlət vəsaitini israf ediblər? Bu banerin maya-dəyəri faktura və qaimədə göstərilən qiymətdən ən azı 5 dəfə ucuzdur. Görürsünüzmü, hətta kimlərinsə ölümü ilə belə digərləri dirilmək yolunu necə tapır?
Digər bir fakt isə adamda təəssüf hissi yaradır. Cənab Prezidentin xaricdə təhsil almağa göndərdiyi və etimad etdiyi bu kadrlar onun portretinin birini 495 manatdan sənədləşdirib məktəblərə göndərirlər. Hesab edirlər ki, belə halda heç kim onların korrupsiya əməllərini araşdırmağa cürət etməz. Ölkənin təhsil siyasətini aparmalı olan və onları görəvləndirən prezidentin portretindən belə külli miqdarda qazanc əldə etmək yolunu tutan bu məmurlara daha sözüm yoxdur...".
Ekspert əlavə edib ki, nazirliyin məktəblərə verdiyi mal-material və təchizatlar adətən kustar üsulla və sexlərdə hazırlanır:
"Burada məqsəd həmin aktivlərin qiymətini və maya-dəyərini hesablamağın maraqlı tərəflərə əlçatmaz edilməsi və onlarn rahatlıqla maya dəyərindən dəfələrlə baha göstərilə bilməsidir. Bunlardansa heç olmazsa faktiki qiyməti maya-dəyərindən 3 dəfə baha göstərilən 250 manatlıq parta və lövhələrdən məktəblərə verəydilər adama təsir etməzdi.
İndi siz deyin, məktəblərdə bu qaimələri görən məktəb rəhbərləri də alternativ yolu tutub onları təyin edənlər kimi saxtakarlıq, oğruluq, rüşvətxorluq və korrupsiya yolunu tuturlarsa günah kimlərdədir?"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?
XƏBƏR LENTİ
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu





