Cəmiyyət

“Alimlərin ixtisarı nəzərdə tutulmur” - Nazir

29 İyul 2022 22:01
1 Şərh     Baxış: 958
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Elmlə bağlı danışanda yaş faktoru çox qabardılır. Mən şəxsən, yaş faktorunun ciddi problem olduğunu düşünmürəm. Mənə görə insanların yaş yox, təcrübələri önəmlidir". 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "AzTV" telekanalının "Hədəf" verilişinə müsahibəsində deyib.

"İnstitutlarda çalışan alimlərin ixtisarı qətiyyən nəzərdə tutulmur. Qarşıya qoyulmuş məqsəd ixtisar etmək, yaxud da kimisə işdən çıxarmaq deyil. Qarşıya qoyulan məqsəd ölkəmizin hazırkı gəlib çatdığı dönəmdə növbəti mərhələyə baxış çox önəmlidir.  uzunmüddətli inkişaf elmsiz mümkün deyil, bu səbəbdən ixtisarlar baş verməyəcək.Ona görə hər hansı ixtisarlar planlaşdırılmır və yəqin ki bu baş verməyəcək", - deyə nazir qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.