Cəmiyyət

Peyvənd olunanların sayı açıqlanıb

21 İyul 2022 16:36
Baxış: 827
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2232 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 424, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 156, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1383, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 269 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 798 492, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 362 991, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 856 720, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 326 543, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 252 238 nəfər təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.