Cəmiyyət

Azərbaycanda 40 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

7 İyul 2022 16:41
0 Şərh     Baxış: 1 256
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 793 546 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 550 nəfər müalicə olunaraq sağalıb, 9 719 nəfər vəfat edib, aktiv xəstə sayı 277 nəfərdir.

Ölkədə son sutka ərzində 2 348, hazırkı dövrədək isə 6 980 033 test aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.