Cəmiyyət

Sakinlər qorxu içindədir - Bakının mərkəzinə ilanlar necə gəlib? - VİDEO

6 İyul 2022 18:15
1 Şərh     Baxış: 2 135
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxt Bakıda, üstəlik, mərkəzi küçədə ilan olduğunu təsəvvür edə bilirsiniz? Sosial şəbəkələrdə belə görüntülər yayılıb. Baku.vs-in əldə etdiyi görüntülər həmin ərazidə yaşayan sakinlərin narahatlığına səbəb olub. Bəs şəhərin mərkəzinə ilanlar necə yol tapıb? 

Milli.Az Xəzər xəbər-ə istinadən xəbər verir ki, bu kadrlar Bakının mərkəzində - "Tarqovı" adlandırılan Nizami küçəsində çəkilib. 

Sakinlər deyirlər ki, şəhərin mərkəzində ilanlara rast gəlinməsi xüsusilə də uşaqlar üçün çox təhlükəlidir. 

Amma ərazidə ümumiyyətlə ilana rast gəlmədiyini deyənlər də var... 

Milli Elmlər Akademiyasının Zoologiya institutunun aparıcı elmi-işçisi Təvəkkül İsgəndərov bildirdi ki, şəhərin mərkəzində ilanların yaşaması üçün münbit şərait yoxdur. Həmin ilanlar şəhərin mərkəzinə ya təsadüfən, ya da məqsədli şəkildə gətirilib. 

Təvəkkül İsgəndərov onu da bildirdi ki, paytaxtın yalnız dənizkənarı bulvar hissəsində - daşlıq ərazidə ilanlara rast gəlinməsi normal haldır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.