Heydər Əliyev Mərkəzində “Rezanın daxili Odisseyası” - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan və Fransa arasında diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü münasibətilə Heydər Əliyev Mərkəzində tanınmış fotoqraf Reza Diqqətinin "Rezanın daxili Oddiseyası" adlı fotosərgisinin açılışı olub.
Heydər Əliyev Fondu, Fransa Respublikasının Azərbaycandakı səfirliyi və Azərbaycanda Fransız İnstitutunun birgə təşkil etdiyi sərginin açılışında çıxış edən Fondun beynəlxalq əlaqələr departamentinin rəhbəri, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov bildirib ki, Türkiyədən sonra Fransa ikinci ölkə idi ki, Azərbaycana müstəqilliyinin ilk illərində səfir təyin etdi. Millət vəkili iki ölkə arasında siyasi, iqtisadi, mədəni, təhsil sahəsində uğurlu əməkdaşlığın olduğunu vurğulayıb.
Soltan Məmmədov fotosərginin əhəmiyyətinə toxunaraq deyib ki, Azərbaycan diasporasının görkəmli nümayəndəsi Reza Diqqəti 30 illik işğal və dağıntı ilə yanaşı bu gün azad olunan ərazilərimizdə sürətlə gedən yenidənqurma işlərini fotolentə alan bir fotoqrafdır.
Daha sonra Fransanın Azərbaycandakı səfiri Zakari Qross çıxış edib. "Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimiz xeyli inkişaf edib. Bu münasibətlər çox sıxdır və müxtəlif sahələri əhatə edir. Siyasi, iqtisadi və mədəni sahələrdə güclü əlaqələrimiz var və bu münasibətlər etimada əsaslanır. Fransa bu regionda sülhün bərqərar olması ilə çiçəklənən, dünyəvi Azərbaycanı dəstəkləməyə sadiq qalır", fransalı diplomat vurğulayıb.
Diplomat sərginin keçirilməsində verdiyi dəstəyə görə təşkilatçılara təşəkkür edib.
Sərgidə çıxış edən fotoqraf Reza Diqqəti öz yardacılığı, fotoqtafiyaya marağı barədə danışıb."Dünyada məni müharibə fotoqrafı kimi çağırırlar, ancaq mən özümü sülh fotoqrafı kimi qəbul edirəm. Mədəniyyətin sülhün, birgəyaşayışın mümkünlüyünə imkan verdiyinə inanıram". Məşhur fotoqraf deyib ki, o, bu 30 ildə Azərbaycan həqiqətlərini fotoları vasitəsilə dünyanın diqqətinə çatdırmağa çalışıb. Reza Diqqəti deyib ki, Azərbaycan və Fransanın zəngin mədəni irsi var və bu nüans xalqları bir-birinə yaxınlaşdırır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Astarada ilk kivi yığımı başladı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - Yenilənib (Foto)
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
XƏBƏR LENTİ
-
Rəşad Dağlının qızı ilə Orxan Lökbatanlının dueti maraq yaratdı - (Video)
-
- Sürücülərin diqqətinə: Bu prospektdə təmir aparılacaq
-
Azərin anasını belə təbrik etdi - (Video)
-
“Kirayə götürmüşük” dediyi qızıllar odunluqdan çıxdı - (Video)
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
İsmayıllıda qəza - Ölən var
-
Azərbaycanlı aktyor qızı ilə - (Foto)
-
“Real” Madrid derbisində darmadağınla qalib gəldi
-
Qoz yağının faydaları - necə istehlak edilməlidir?
-
Astarada ilk kivi yığımı başladı - (Video)
-
Azərbaycanlı məşhurların arxiv görüntüləri müzakirə yaratdı - Ən çox kim dəyişib? - (Fotolar)
-
Türkiyə mətbəxindən haydari resepti
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)





