Azərbaycanın minaatanı Ukraynanın əlinə necə keçib?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyanın bir sıra teleqram kanalları erməni mənbələrinə istinadən xəbər yayıb ki, Zaporojye vilayətində rus ordusu ilə Ukrayna Silahlı Qüvvələrinin istifadəsində Azərbaycan istehsalı olan 82 millimetrlik 20N5 minaatanları var.
Milli.Az "Yeni Müsavat"a istinadla bildirir ki, Azərbaycanda bu minaatanların istehsalına təxminən on il əvvəl başlanıb. Beynəlxalq sərgilərdə dəfələrlə nümayiş etdirilən 20N5 minaatanları xarici analoqlarından daha kiçik ölçüləri və uzaq məsafələrdə hədəfləri vurmaq qabiliyyəti ilə fərqlənir. Optik nişangahı olmayan bir ədəd 20N5 aqreqatının çəkisi 47,5 kq, atəş məsafəsi 5000 metrdən çoxdur, asanlıqla sökülüb-yığıla bilir.
Bir neçə il əvvəl Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi bu minaatanların bir sıra ölkələrə ixracı ilə bağlı danışıqlar apardığını açıqlamışdı. 2015-ci ildə mərhum müdafiə sənayesi naziri Yavər Camalov jurnalistlərə demişdi ki, İraqa 500 ədəd 20N5 minaatan ixracına dair razılıq əldə olunub. "Azeri Daily" isə xəbər verir ki, Azərbaycan BMT-nin silahlara nəzarət rejiminin tələblərinə uyğun olaraq və bunun üçün müvafiq sertifikata malik olan 20H5 minaatanlarını Yaxın Şərqin bir sıra ölkələrinə də satır. Rəsmi mənbələrdən Haqqin.az-a daxil olan məlumata görə, Azərbaycan heç vaxt Ukraynaya heç bir silah növü, o cümlədən 20N5 minaatanları satmayıb və ötürməyib. Yəni erməni mənbələrinin yaydığı məlumatların heç bir real əsası yoxdur və açıq desək, təxribat xarakterlidir.
Azərbaycan istehsalı olan minaatanların Ukrayna ordusunun əlinə necə keçə biləcəyi ilə bağlı suala gəlincə, səlahiyyətli orqanlardan birinin nümayəndəsi bildirib ki, minaatanlar yalnız üçüncü ölkədən Ukraynaya verilə bilərdi. Üstəlik, dünya silah bazarında belə hallar demək olar ki, adidir. Məsələn, Rusiyada istehsal olunan və ya lisenziyası olan silah, hərbi texnika bu gün Şərqi Avropanın bütün ölkələrindən Ukraynaya verilir. Məsələn, Polşa artıq Ukraynaya 230 T-72 tankı verib. Erməni mediasının məntiqi ilə belə çıxır ki, Rusiya ilə müharibədə Ukrayna ordusunu Rusiya özü silahlandırır?
ABŞ-ın vaxtilə Əfqanıstan hökumətinə verdiyi silahlar sonradan "Taliban"ın əlinə keçdi. Həm də Kabildə amerikapərəst hökumət devrilməmişdən əvvəl. Bu o deməkdirmi ki, ABŞ rəsmi olaraq terror təşkilatı sayılan bir təşkilatı öz əlləri ilə silahlandırıb? Onu da deyək ki, bu, erməni mənbələrinin postsovet məkanında ictimaiyyəti belə primitiv üsulla çaşdırmağa çalışdığı, Azərbaycanın guya Ukraynanı gizli şəkildə silahlandırdığı barədə iddialar irəli sürməklə Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışdığına dair ilk fakt deyil.
İş o yerə çatıb ki, onlar tamamilə sərsəm yalan uydurublar ki, guya Bakı özünün "Bayraktar" pilotsuz təyyarələrinin bir hissəsini Ukrayna Silahlı Qüvvələrinə satıb və ya verib. Amma nədənsə bu "sensasiya"nın müəlliflərindən heç birinin ağlına belə bir sual gəlməyib ki, Ukrayna onları birbaşa "Bayraktar" pilotsuz təyyarələrini istehsal edən Türkiyədən alırsa, bu, Azərbaycanın nəyinə lazımdır?! O zaman bəs ermənilərin bu iddianı yaymaqda məqsədləri nədir? Üçüncü ölkələrin Ukraynaya verdiyi silahlara görə Bakının hansı məsuliyyəti ola bilər?
Hərbi ekspert Ramil Məmmədli "Yeni Müsavat"a bildirdi ki, Azərbaycan uzun illərdir Avropanın və dünyanın onlarla ölkəsi ilə müdafiə sənayesi məhsullarının ixracı sahəsində əməkdaşlıq edir. Onun sözlərinə görə, Azərbaycan malları Avropa, Asiya və Afrika bazarına satışa çıxarılır: "Bu əməkdaşlıq uzun müddətdir ki, davam edir. Amma Ukraynada müharibə cəmi 4 ay əvvəl başlayıb və həmin silahların Avropa dövlətlərindən Ukraynaya verilməsi mümkün ola bilər. Belə olan halda, Azərbaycan hər hansı məsuliyyət daşımır. Çünki müdafiə sənayesi məhsullarının, silah-sursatın satışının reallaşması sonuncu istifadəçi (enduzer) sənədi əsasında baş tutur. Yəni Azərbaycan Müdafiə Sənayesi Nazirliyi "enduzer" sənədi olmadan bu prosesi icra etmir".
Hərbi ekspert qeyd etdi ki, o baxımdan bizim silahı alan ölkənin həmin məhsulu başqa dövlətə verməsinə görə Azərbaycan məsuliyyət daşımır: "Azərbaycan silahının ukraynalı döyüşçülərin istifadəsində aşkarlanması həmin texnikaların Ukraynaya satıldığı anlamına gələ bilməz. Burada əsas məqsəd Ermənistanın Azərbaycanla Rusiya arasında olan münasibətlərinə xələl gətirmək, bizi Ukraynaya hərbi-texniki dəstək verən dövlət kimi təqdim etməkdir. Təbii ki, Rusiya belə hallarla qarşılaşırsa, silahın ora necə gedib çıxması rus mütəxəssislər tərəfindən araşdırıla bilər. Sadəcə, dünyada silah qaçaqmalçılığı ilə məşğul olan Ermənistanın belə məsələlərdə Azərbaycana irad tutması ikrah hissi doğurur".
Polkovnik Üzeyir Cəfərov "Yeni Müsavat"a söylədi ki, bu, ermənilərin Azərbaycana qarşı növbəti informasiya təxribatıdır. Hərbi ekspertin sözlərinə görə, dünyada çox ölkələr silah-sursat istehsal edir: "Azərbaycanın minaatanları Ukraynaya satılmayıb, hansı ölkə alıbsa, onlar verib. Bu da normaldır, gizli proses deyil. Sadəcə, Ermənistan Azərbaycanın Rusiya ilə arasını vurmaq, ajiotaj yaratmaq istəyir. Əslində şimal qonşumuzun xüsusi xidmət orqanlarının dövriyyəyə buraxdığı məsələdir. Lavrovun səfəri ərəfəsində belə rəy yaratmaq istəyirlər ki, guya Azərbaycan da Ukraynaya hərbi yardım edir. Halbuki heç bir məxfi proses olmayıb".
Ü.Cəfərovun fikrincə, hətta ola bilər ki, həmin silah-sursat müharibədən xeyli qabaq Ukrayna tərəfindən bizdən alınıb: "Bu, minaatandır, batalyon və bölük səviyyəsində müəyyən tapşırıqları yerinə yetirmək üçün istifadə edilən silahdır, nüvə deyil ki?! Bu minaatanlar etibar qazanmış silahdır, ermənilər də bundan xeyli zərər görüblər, itkiləri olub, indi stəkanda fırtına yaratmağa çalışırlar. Amma hazırda ondan qat-qat güclü silahlar Qərbdən Ukraynaya verilir. Odur ki, Rusiya teleqram kanalları erməni mənbələrinin boş və əsassız dezinformasiyalarına istinad edib özlərini yormasınlar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
XƏBƏR LENTİ
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Hava ilə bağlı son məlumat
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib





