Türkiyədə qadın sərnişin bu zarafatına görə TUTULDU
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyədə qadın uçuşa hazırlıq zamanı yersiz zarafat etdiyinə görə cəzalandırılıb. İstanbul məhkəməsi onu uçuş təhlükəsizliyinə təhdid yaratmaqda təqsirli bilərək 4 il 2 ay müddətinə azadlıqdan məhrum edib.
Milli.Az bildirir ki, hadisə 2026-cı il fevralın 9-da "AJet" aviaşirkətinə məxsus İstanbul - Şanlıurfa reysi zamanı baş verib. Təyyarə Sabiha Gökçen hava limanında uçuşa hazırlaşırmış. Bu zaman iki bacı arasında baş verən söhbət ciddi nəticələrə səbəb olub.
İstintaqın məlumatına görə, qadınlardan biri stüardessaya müraciət edərək bacısını göstərib və zarafatla "Bu canlı bombadır, onu təyyarəyə buraxmayın" deyib. Lakin bu ifadə real təhlükə kimi qəbul edilib.
Bəyanatdan dərhal sonra təyyarədə bütün təhlükəsizlik protokolları işə salınıb. Sərnişinlər təcili şəkildə təxliyə edilib, təyyarə isə hüquq-mühafizə orqanları və hava limanının təhlükəsizlik xidməti tərəfindən ətraflı yoxlanılıb. Nəticədə partlayıcı maddə aşkarlanmasa da, yoxlamalara görə reys təxminən üç saat gecikib.
Hər iki qadın saxlanılaraq dindirilməyə aparılıb. Onlar hüquq-mühafizə orqanlarına bildiriblər ki, deyilən söz sadəcə zarafat olub və heç bir real təhlükə mövcud olmayıb. Buna baxmayaraq, "AJet" aviaşirkəti bacıları bir il müddətinə "qara siyahı"ya salaraq öz reyslərindən istifadəni qadağan edib.
Bu hadisə zərərçəkənin şikayəti tələb olunmayan hüquq pozuntusu sayıldığı üçün prokurorluq işi müstəqil şəkildə açıb. Qadına hava nəqliyyatının hərəkətinə mane olma maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmə işi ilk iclasda nəzərdən keçirərək belə bəyanatların təyyarə daxilində real təhlükə yaratdığını və ciddi nəticələrə səbəb ola biləcəyini bildirib. Nəticədə təqsirləndirilən şəxs 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Əgər apellyasiya məhkəməsi qərarı dəyişməzsə, qadın cəzasını həbsxanada çəkəcək. Bundan əlavə, aviaşirkət uçuşun gecikməsi nəticəsində yaranmış maliyyə zərərinin ödənilməsi üçün mülki iddia qaldırmağa hazırlaşır. /Lent.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Fənərbağça"ya müvəqqəti baş məşqçi təyin olundu
-
"Qalatasaray" və "Fənərbağça"nın ulduzunu 10 oyunluq cəza gözləyir
-
İsmayıl Qartal qəzaya düşdü
-
İstanbulda güclü yağış daşqına səbəb oldu - (Video)
-
Türkiyədə alt paltarı mağazasının dua ilə açılması müzakirə yaratdı (Video)
-
Danlanın yenidən vəziyyəti pisləşdi - (Foto)
XƏBƏR LENTİ
-
Azərbaycan nefti kəskin bahalaşdı
-
“Tramp boğazı” - ABŞ Prezidenti bu dəfə nəyi dəyişmək istəyir?
-
Si Cinpinin növbəti hədəfi kimdir? - Çində hakimiyyət böhranı
-
Bakının iki rayonunda qaz kəsiləcək
-
“Liverpul” “Çelsi”dən üstün oldu
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib (Foto)
-
Peyvənddən sonra niyə qızdırmamız qalxır? - Araşdırma
-
Minlərlə soyuducunu dağın yamacına tulladılar - (Foto)
-
4 bürc çətinliyi geridə qoyacaq
-
Səhər yeməyi ilə 10 kilo alan həkim vərdişini dəyişdi və arıqladı
-
Evdən çıxanda telefonun bu funksiyalarını söndürün
-
Gözü dincəltmək üçün 20-20-20 qaydası - (Video)
-
Dünyaya ata olmaq üçün gələn 3 bürc
-
İpek Erdem uzun illərdən sonra - tanımaq olmur - (Foto)
-
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
-
Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
-
Firəngiz Mütəllimova ailə qurmamasının səbəbini açıqladı
-
Şəhərin mərkəzində söküntü işlərindən narazılıq - (Video)
-
Günün qoroskopu: Sevgi həyatınız möhkəmlənir
-
Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
-
Məktəbdəki insidentlə bağlı açıqlama
-
Bakının 3 rayonunda işıq olmayacaq
-
“Bəzi futbolçularımız dərsdən məşqə acqarına gəlir” - Rəşad Sadiqov
-
İspaniyadakı qatar qəzasının səbəbi bəlli oldu





