Cəmiyyət

Azərbaycanın tranzit ölkə kimi nüfuzu artır - VİDEO

20 İyun 2022 17:30
0 Şərh     Baxış: 596
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna-Rusiya müharibəsi fonunda Azərbaycanın tranzit imkanları daha da genişlənir. Azərbaycanla Gürcüstan arasındakı ''Sınıq Körpü'' sərhəd keçid məntəqəsindən yükdaşımaların həyata keçirilməsinə tələbat kəskin artıb. Bu barədə ''Xəzər Xəbər''in Gürcüstan müxbirinə müsahibəsində gürcü politoloq Nika Çitadze bildirib. Onun sözlərinə görə bu tendensiya gündən-günə güclənir.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, dünyada müşahidə edilən geosiyasi vəziyyət Azərbaycan üzərindən yükdaşımaların önəmini artırır. Bunu "XəzərXəbər"in Gürcüstan müxbirinə açıqlamasında politoloq Nika Çitadze bildirib. Onun sözlərinə görə, xüsusilə Ukrayna-Rusiya müharibəsi fonunda Azərbaycanın tranzit potensialı olduqca artıb.

Gürcü politoloq Azərbaycanın Avropa İttifaqı, eləcə də Çinin təşəbbüsü ilə həyata keçirilən nəhəng layihələrdə fəal iştirak etdiyini də diqqətə çatdırıb.

Qeyd edək ki, bir müddət öncə ''Sınıq körpü'' sərhəd keçid məntəqsindən keçən yük maşınlarının sayının kəskin artması sərhəddin Gürcüstan hissəsində tıxaca səbəb olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.