Cəmiyyət

XƏBƏRDARLIQ: Ciddi su çatışmazlığı ilə üzləşə bilərik - VİDEO

15 İyun 2022 15:45
0 Şərh     Baxış: 1 448
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çaylar dərinləşir, məcraları genişlənir.

Bəzi bölgələrdə fəaliyyət göstərən qum-çınqıl karxanaları çaylara ciddi ziyan vurur. Qubada da belə karxanalara rast gəlmək olar. Yerli sakinlərin sözlərinə görə, Qaraçay, Vəlvələçay, Qudyalçay və Qusarçayda çay yataqları əvvəllər 3-4 metr dərinlikdə idisə, indi bu dərinlik 15-20 metrə qədər artıb. Hətta Qaraçay çayının bəzi yerlərində suyun dibi 40-50 metrədək enib. Bu da daha çox fermerləri narahat edir. Çünki, belə halda çay suyundan suvarmada istifadə etmək çətinləşir. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin aparıcı mütəxəssisi Sadiq Əmiraslanov bildirir ki, bəzi çaylarda bərpa rejimi az dərəcədədir. Bəzən hətta müşahidə də  edilmir. Həmin ərazilərdə karxana fəaliyyətinin davam etdirilməsi isə çayların dərinləşməsinə gətirib çıxarır.

Sadiq Əmiraslanov deyir ki, ciddi fəsadların qarşısını almaq məqsədilə agentliktərəfindən mütəmadi qabaqlayıcı tədbirlər görülür.

Mütəxəssisi sözlərinə görə, qum-çınqıl karxanalarının pərakəndə istismarı zamanı çay məcralarının genişlənməsi halları daha çox Quba, Xaçmaz, Tərtər, Bərdə və İmişli rayonlarından axan çaylarda müşahidə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.