Abşeron rayonunda 33 yaşlı kişini avtomobil vurub.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Mehdiabad- Novxanı yolunda qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Mehbalıyev Pərvin Yusif oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az