Xüsusi təyinatlı komandirlər... - Əfsanəvi zabitlər kimlərdir? - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vətən Müharibəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mənsublarının da qəhrəmanlığı danılmazdır.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, zəfərlə başa çatan 44 günlük müharibədə Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 nəfər isə yaralanıb.
Döyüşlərdə hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiklərinə görə DQ-nin 4 nəfər hərbi qulluqçusuna Prezident İlham Əliyev tərəfindən Vətən Müharibəsi Qəhrəmanı adı verilib.
Bunlar polkovnik Yusibov Zəfər Qəzənfər oğlu, polkovnik İmrəliyev Füzuli Şiraslan oğlu, mayor Qaflanov Şixamir Oruc oğlu (ölümündən sonra) və kapitan Bədəlov Nicad Mehman oğludur.
Polkovnik Zəfər Yusibov
Zəfər Yusibov 1982-ci ildə Şəkinin Çayqaraqoyunlu kəndində anadan olub. 1999-2003-cü illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb.
Hərbi hissə komandiri təyin olunmazdan öncə DQ-nin "Şahin" Xüsusi Təyinatlı Dəstəsinin komandiri olan Z.Yusibov bir sıra peşə və ixtisasartırma kurslarında iştirak edib. Buna Komando, snayper, girovların təyyarədə, qatarda, avtobusda,yaşayış məntəqəsində azad olunması, sualtı axtarma və zərərsizləşdirmə kursları aiddir.

Vətən Müharibəsində Kəlbəcər, Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayıl, Xocavənd istiqamətlərində gedən döyüşlərdə savaşıb və döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib.
O, Kəlbəcərin, Xocavəndin, Cəbrayılın azad olunmasına görə medalları ilə də təltif olunub. Ailəlidir, iki övladı var.
Şəhid mayor Şixəmir Qaflanov
Şixamir Oruc oğlu Qaflanov 1986-cı ildə Zaqatalanın Dombabinə kəndində anadan olub.
Daxili Qoşunların "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin komandiri olub. Vətən müharibəsi zamanı tabeliyində olan şəxsi heyətlə birgə Cəbrayıl rayonunun, Hadrut qəsəbəsinin və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Komandiri olduğu Xüsusi Təyinatlı Dəstənin şəxsi heyətindən bir nəfər də şəhid olmayıb. Tabeliyində olan şəxsi heyətlə qatıldığı 23 döyüşdə düşmənin canlı qüvvəsini məhv edilməsində fərqlənib. Xüsusi təyinatlılar arasında "Əfsanəvi Rembo" ləqəbini qazanıb. Oktyabrın 19-da Füzuli istiqamətində şəhid olub.
"Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları ilə də təltif olunan Şixəmir Qaflanov şəhid olanda qızı Mədinə 4 aylıq idi.
Polkovnik Füzuli İmrəliyev
Beyləqandan anadan olan polkovnik İmrəliyev əslən Cəbrayıl rayonundandır.
"Kobra" Xüsusi Təyinatlı Dəstəsinin komandiri Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli, Xocavənd istiqamətlərində, Daşaltının azad edilməsində və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib.

Döyüşlər zamanı düşmənin canlı qüvvələrinin və texnikasının məhv edilməsində fərqlənib, Şuşa istiqamətində yaralanıb.
Vətən Müharibəsi Qəhrəmanı Kəlbəcərin, Cəbrayılın, Füzulinin və Şuşanın azad olunmasına görə medalları ilə də təltif olunub.
Kapitan Nicat Bədəlov
Bədəlov Nicat Mehman oğlu 12 dekabr 1989-cu ildə Qazax rayonunun Çaylı kəndində anadan olub.
10 ildən çoxdur ki, XTD-də xidmət edir. İlk döyüşü Murovdağ istiqamətində, daha sonra Cəbrayıl, Xocavənd, Füzuli və Şuşanın azad olunması uğrunda olub. Bütün bu istiqamətlərdə gedən döyüşlərdə ön dəstədə vuruşub. Düşmənin xeyli sayda canlı qüvvəsinin məhv edilməsində iştirak edib.

Füzuli və Şuşanın azad olunmasına görə medalları ilə təltif olunub.
2020-ci ilin dekabrında Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif olunarkən Laçında xidmətdə olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
XƏBƏR LENTİ
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - (Video)
-
Şahməddin Abdullayevə vəzifə verildi
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Göygölə dolu düşüb
-
Bilgəhdə iki nəfər dənizdə batıb
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Rusiya hələ də Türkiyədən cavab gözləyir
-
Coli boşandıqdan sonra ilk dəfə yeni eşqə "yelkən açır"
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
-
Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş rejimdə işləyəcək
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Terim Osimhen, İkardi və Leao görün nə düşünür
-
Tanınmış rus aktrisa 46 yaşında öldü
-
Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - (Foto)
-
35 yaşlı qadın avtobusa "ərə getdi" - (Foto)
-
Bakıda binada güclü yanğın söndürüldü - Yenilənib - Foto
-
DGK rəisi Fərid Usubovun yerinə onu təyin etdi
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
Türküstanda pişik maşını beton hasara çırpdı - (Video)





