Bakıda yeni tikililərdəki mənzillər bahalaşmaqda davam edəcək? - Ekspert səbəbləri AÇIQLADI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda yeni tikililərdə evlərin qiyməti sürətlə bahalaşır. Hətta qiymətlər o qədər yüksəlir ki, yeni evlənən şəxslər ya kirayədə qalır, ya da köhnə tikililərdən mənzil almağa məcbur olurlar.
2021-ci ilin aprel ayından 2022-ci il aprel ayına kimi olan müddətdə Azərbaycanın yeni mənzil bazarında aylıq 26,47, illik isə 52,65 faiz artım baş verib.
Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, mövzu ilə bağlı sualını cavablandıran əmlak üzrə ekspert Nüsrət İbrahimli söyləyib ki, yeni tikilən mənzillərdə qiymət artımı tikinti materiallarının idxalı və daxildəki enerji daşıyıcıları və əmək haqqlarının artmasından asılı olaraq dəyişir:
"Bu amillər tikintidə maya dəyərinin artmasına səbəb olur və maya dəyəri artdığı üçün təbii ki, satış qiymətləri də artır. Ötən ilin tikinti materialları qiymətləri ilə müqayisə aparsaq görərik ki, daşın qiyməti 9,09, dəmir 20,83, taxta 15, sementin qiyməti 9,02 faiz artıb. Yeganə artmayan tikinti materialı qumdur".
Nüsrət İbrahimlinin fikrincə, tikinti materiallarını həm Azərbaycan özü istehsal edir, həm də xaricdən alır. Qiymət artımlarındakı kəskin fərqlər də məhz bununla bağlıdır.
Ekspert qiymət artımına bankların apardığı kredit siyasətinin də təsir etdiyini bildirib:
"1970 -ci ilə kimi tikilmiş mənzillərin alınmasına heç bir bank kredit vermir. Həmçinin sığorta şirkətləri onların plan üzrə söküləcəyindən ehtiyat edərək belə mənzilləri sığortalamaqdan da imtina edirlər. Belə olduğu təqdirdə müştərilərin yeni tikililər almaqdan başqa çıxış yolları qalmır. Bu tələbat da yeni tikililərin qiymətində kəskin artıma səbəb olub".
Ekspert tələbatın artmasında siyasi amillərin də rol oynadığını qeyd edib. Nüsrət İbrahimlinin fikrincə, müharibə səbəbindən Rusiyadan, Ukraynadan soydaşlarımızın geri dönməsi də əmlak bazarında qiymətlərə təsir edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Hava ilə bağlı son məlumat
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
XƏBƏR LENTİ
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü





