Cəmiyyət

Doğuşdan sonra ölən ana ilə bağlı TƏBİB-dən - Açıqlama

9 May 2022 23:50
1 Şərh     Baxış: 1 492
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Zaqatalada 23 yaşlı ana doğuşdan sonra dünyasını dəyişib.

Milli.Az bildirir ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova hadisə ilə bağlı "qafqazinfo"ya açıqlamasında deyib: 

"Zaqatala şəhər sakini, 23 yaşlı Fatimət İslam qızı Musayeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasında yeddi aylıq oğlan uşağı dünyaya gətirib.

Daha sonra F.Musayevanın vəziyyəti ağırlaşıb və bağırsaq keçməzliyi şübhəsi ilə Təcili Tibbi Yardım avtomobili ilə Bakıya gətirilib. 

M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında  kontrast tomoqrafiyadan və zəruri müayinələrdən keçirildikdə qarın boşluğunda, bağırsaq müsariqələrində çoxsaylı törəmələr aşkar edilib. Nümunələr biopsiya  üçün laboratoriyaya göndərilib. 

Ailəsi xəstəlikdən əvvəlcədən xəbərdar olduğunu bildirib, pasienti xəstəxanadan yazılı iltizamnamə ilə çıxararaq, aparıblar.  Xəstə xəstəxana tərəfindən Təcili Tibbi Yardım avtomobili ilə Zaqatalaya yola salınıb, Şəkiyə çatarkən yolda dünyasını dəyişib.  

Uşağın vəziyyəti isə stabildir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.