Bakıda 5 yaşlı uşaq yol qəzasında xəsarət alıb.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Babək prospektində iki avtomobilin toqquşması nəticəsində 2017-ci il təvəllüdlü Hüseynli Kənan Fuad oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az