Cəmiyyət

Avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edildi

26 Aprel 2022 21:08
0 Şərh     Baxış: 671
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı şəhərinin Nərimanov rayonunda "Daewoo" markalı minik avtomobilinin yol kənarındakı dirəyə çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Milli.Az bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.