Cəmiyyət

"Kupça"sız mənzillərə vergi ödənilməlidir? - VİDEO

23 Aprel 2022 14:12
Baxış: 1 063
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çıxarışı olmayan mənzillərə əmlak vergisı ödənişi üçün bildiriş göndərilib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bildiriş Abşeron rayonunun Xırdalan şəhərindəki yaşayış komplekslərindən birindəki sakinlərə göndərilib.

Bələdiyyənin göndərdiyi sənəddə nə qədər vergi ödənilməli olduğu bildirilməsə də, fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan əmlaka görə ildə bir dəfə əmlak vergisi ödənilməli olduğu qeyd edilib. Sakinlər isə bunun qanunsuz olduğunu iddia edirlər.

Məsələ ilə bağlı Xırdalan şəhər bələdiyyəsindən bildirilib ki, onların göndərdiyi bildirişlər tam qanunauyğundur.

Xırdalan bələdiyyəsindən o da deyilib ki, əgər vətəndaşların hər hansı bir şikayəti varsa, aidiyyəti üzrə məhkəməyə müarciət edə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.